Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya artıq heç nəyə yarımayan ölkəyə investisiya qoymaqdan çəkindi”

05.12.17, 11:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Abbasov: “Ona görə də İrəvan indi də Brüsselin üstünə yükünü yıxmaq istəyir”


“Ermənistan iqtisadiyyatı axsayan dövlət olduğundan onun götürə biləcək dividendləri problematik və müşküllüdür. Bu ölkə müstəqilliyini bəyan etdikdən sonra nə beynəlxalq birliyə bir şey verə bilib, nə də özünə gün ağlayıb”. Bu fikirləri politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Ermənistanın yarıtmazlığı da ondan irəli gəlir ki, bütün varidatını ərazi qazanmaq hiyləsinə qurban verir: “Yəni, siyasi elitanın inkişaf yollarında düzgün prioritetlər müəyyən edə bilməməsi xalqı böyük bədbəxtliklərlə üz-üzə qoyub”.
Politoloq vurğulayıb ki, tənəzzülün dərinləşməsi İrəvanı artıq ağırlıq və çatışmazlıqlarla müxtəlif tərəflərə yıxılmağa sövq edir.
T. Abbasovun sözlərinə görə, ölkəni bir müddət dolandıran Rusiya artıq heç nəyə yarımayan ölkəyə investisiya qoymaqdan çəkindi: “Ona görə də İrəvan indi də Brüsselin üstünə yükünü yıxmaq istəyir. İkili kursa üz tutmaq yaxşı güzərandan deyil, ağır vəziyyətdən irəli gəlir. Buna görə də Ermənistan kimdən nə qoparırsa, onu özünə qənimət sayır”.
O əlavə edib ki, Aİ ilə sazişin imzalanması Ermənistanın iflic iqtisadiyyatına nəfəs verə bilməyəcək: “Çünki çoxlu investisiyalara ehtiyac var. Brüssel isə heç vaxt müəmmalı dövlətə yağlı yatırım payı verməyəcək. Odur ki, Ermənistanın ən böyük qazancı ondan ibarətdir ki, guya o, siyasi müstəqilliyini təsdiqləmiş oldu. Amma bu da xülyadır. Əgər siyasi müstəqillik iqtisadi baxımdan sağlam və təminatlı güzəranı təmin edə bilmirsə, deməli, o, yarımçıq azadlıqdır”.

Bu xəbər oxundu
- - -