Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şimali İrlandiya, Şotlandiya, Uels Avropa İttifaqından çıxmaq istəmir

05.12.17, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, Britaniyanın Avropa İttifaqından ayrılmaq cəhdi hər gün yeni bir maneə ilə üzləşir. Brexit-dən sonra Britaniyanın bir parçası olan Şimali İrlandiya ilə müstəqil İrlandiya Respublikası arasında tənzimlənən əlaqələrin saxlanacağına dair xəbərlərin ardınca Şotlandiyanın birinci naziri Nikola Sturqeon deyib ki, Şotlandiyaya Avropa vahid bazarında qalmaq imkanı yaradılmalıdır.
Sızdırılmış razılaşma layihəsindən bəlli olub ki, Britaniya və İrlandiya rəsmiləri Brexitdən sonra Şimali İrlandiyanın həm Avropa vahid bazarında, həm də gömrük ittifaqında qalmasının mümkünlüyü barədə razılığa gəliblər. Şotlandiya millətçilərinin lideri bu xəbərlərdən çıxış edərək bildirib ki, Britaniya Avropa İttifaqından çıxsa da, Şotlandiya ittifaqla bütün ticarət sazişlərində qalmalıdır.
Şotlandiya liderinin bəyanatları Britaniyanın başqa bir muxtar əyalətində - Uelsdə də əks-səda verib. Uelsin birinci naziri Carvyn Cones və London meri Sadiq Xan deyiblər ki, Şimali İrlandiya üçün nəzərdə tutulan imtiyazlardan onlar da faydalanmaq istəyirlər.
Bütün bu çağırışlar Brüsseldə Avropa Komissiyasının prezidenti Jan Klaude Junkerlə nahar edən Britaniya baş naziri Teresa Mayin bütün Brexit planlarını alt-üst edib. O, nəhayət bu görüş zamanı Brexit üçün Avropa İttifaqından arzu edilən güzəştləri alacağına ümid bəsləyirdi. Xanın Sturqeon Tvitterdə yazıb: "Əgər Birləşmiş Krallığın bir hissəsi Avropa İttifaqı ilə tənzimlənən ittifaqda və deməli, vahid bazarda qala bilərsə, başqalarının niyə belə bir imkana malik ola bilməməsinin praktik səbəbi olmamalıdır".
Birləşmiş Krallıq hökuməti indiyədək Şotlandiya ilə hər hansı məxsusi Brexit sazişi imzalanmayacağını bəyan edib. Lakin Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Şimali İrlandiyanın İrlandiya Respublikası ilə açıq sərhəd tələbi təmin edilməyincə, Brexit danışqıları irəli gedə bilməz. Bununla belə, Şimali İrlandiyanın Avropa İttifaqı ilə xüsusi münasibətlərinə qarşı çıxan Demokratik İttifaqçı Partiya və ya DUP yunionistlərinin başçısı Arlene Foster təcili çağırdığı mətbuat konfransında deyib ki, Şimali İrlandiya Avropa İttifaqını bütün Britaniya ilə birlikdə və eyni şərtlərlə tərk etməlidir.
"Biz Şimali İrlandiyanı Birləşmiş Krallığın başqa hissələrindən iqtisadi və siyasi baxımdan ayıracaq heç bir tənzimlənən razılaşmanı qəbul etməyəcəyik" -Foster deyib. Buna baxmayaraq, İrlandiya sərhədi məsələsi Britaniyanın Avropa İttifaqından çıxışına başlıca maneələrdən birinə çevrilib.

Bu xəbər oxundu
- - -