Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Danimarkanın narahatlığı Rusiyanı çətin vəziyyətdə qoyacaq”

05.12.17, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlqar Vəlizadə: “Danimarka bu məsələni Avropa Birliyi daxilində də qaldıra bilər”


“Danimarka parlamenti “Şimal axını 2” boru kəmərinin Baltik dənizindən keçməsinin qarşısının alınması ilə bağlı qanun layihəsini qəbul edərsə, bu, Rusiyaya mənfi təsir göstərəcək”.
Bu sözləri Danimarkanın “Şimal axını 2” layihəsinə qarşı çıxması və bunun Rusiyaya mümkün təsirləri ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Baltikyanı ölkələr və Polşadan sonra Danimarkanın layihədən dolayı narahatlığını bildirməsi Rusiyanı çətin vəziyyətdə qoyacaq: “Çox maraqlıdır ki, bu dövlətlər layihə ilə bağlı etirazlarında ekoloji problemləri ön plana çıxarırlar. Bu axın hansısa problemlərlə üzləşəcəyi təqdirdə ekoloji fəlakətlərin baş verə biləcəyinə dair ehtimallar var. Sözügedən ölkələr də məhz bundan ehtiyat edirlər. Həm icraçı, həm də Baltikyanı ölkələr bu riskin altına düşüblər. Siyasi aspektlər kifayət qədər olsa da, əsas arqument kimi məsələnin ekoloji riskləri ön plana çıxarılır. Əslində, burada analogiya var. Fikir verin, Rusiya Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılmasını nəzərdə tutan Transxəzər qaz kəməri layihəsinin regionu ekoloji risklər altında qoyacağını bildirirdi. Ancaq nədənsə “Şimal axını 2” boru kəməriilə bağlı belə risklər gözə çarpmır. Bu göstərir ki, bütün layihələrin həyata keçirilməsiəsas iqtisadi məsələlərlə yanaşı, siyasi aspektlərdən də asılıdır”.
Politoloq bildirib ki, qanun layihəsi qəbul olunarsa, bu, dolayısı ilə Rusiyaya təsirsiz ötüşməyəcək: “Çünki Danimarka bu məsələni Avropa Birliyi daxilində də qaldıra bilər. Belə olan halda Danimarkaya digər ölkələr də dəstək verəcək. Əgər Baltikyanı ölkələr və Polşa layihənin Avropanın təhlükəsizlik standartlarına cavab vermədiyini sübuta yetirsələr, bu “Şimal axını 2”-nin əlavə ekspertizadan keçməsinə səbəb ola bilər. Bu isə Moskvanın son ümidlərinə sarsılmaz zərbə olar”.
Qeyd edək ki, Danimarka Parlamenti Rusiyanın “Şimal axını 2” boru kəmərinin Baltik dənizindən keçməsinin qarşısını almaq üçün qanun layihəsi qəbul edib. Bu qanunla Danimarka “Şimal axını 2” boru kəmərinin ölkənin su sərhədlərindən keçməsinə qarşı çıxıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
“Qazprom”, “E.ON”, “BASF” və “OMV” şirkətləri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri üzrə müqavilə imzalayıblar.

Bu xəbər oxundu
- - -