Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan yığmasına ümid verdik”

05.12.17, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya futzal yığmasının üzvü İvan Milovanov müsahibə verib. Federasiyanın rəsmi saytına danışan hücumçu “4 Top Nations” turnirində dünən Azərbaycan millisinə qalib gəldikləri (4:3) oyun haqda fikirlər səsləndirib.
- Qazaxıstanla keçirdiyiniz matçla müqayisədə Azərbaycanla görüş daha yüksək sürətdə keçdi...
- Düz deyirsiz, elə də oldu. Bəlkə də, bu, Qazaxıstanla qarşılaşmanın turnirdəki ilk oyunumuz olması ilə bağlı idi. Təyyarə ilə uçuşdan sonra tam olaraq özümüzə gəlməmişdik. İndi isə özümüzü yaxşı hiss edirik.
- Qazaxıstanla 3:3 hesablı heç-heçə etdikdən sonra Azərbaycan yığmasına qalib gəldiniz – 4:3. Lakin ilk görüşlə müqayisədə ikinci oyunda daha çox çətinlik çəkdiniz...
- Azərbaycanla oyunda daha çox güc mübarizəsi getdi, emosiyalar yüksək idi. Ümumilikdə isə bu matçları fərqləndirmək istəməzdim. Hər ikisi çətin keçdi. Yəqin ki, Azərbaycanla oyunun əsəbi sonluqla bitməsində öz günahımız oldu. Oyun ərzində iki dəfə 2 top fərqi ilə önə keçsək də, səhvlər buraxıb, rəqibə ümid verdik. Onlar vəziyyəti dəyişmək üçün özlərində güc hiss etdilər. Düzdü, qələbə qazanmağı bacardıq. Amma gələcəkdə bu çatışmazlıqları aradan qaldırmalıyıq. Belə oyunları sakit şəkildə bitirməliyik.
- Hesabı açdığınız epizodda Azərbaycan yığmasının qapıçısı zədələndi. Həmin anda nə baş verdi?
- Mən epizodu görmədim. Andrey Batırev rəqib müdafiəçi və qapıçı ilə mübarizə apardığı məqamda qapıya doğru qaçdım. Belə başa düşürəm ki, həmin anda onlar toqquşublar. Top Andreyə tərəf sıçradı və mənə ötürmə verdi. Nəticədə hesab açıldı.
- Qarşınıza “4 Top Nations” turnirinin qalibi olmaq tapşırığı qoyulubmu?
- Hər oyunu qələbə ilə bitirmək istəyirik. Bu özü hədəfimizin nə olduğunu izah edir. Düzdü, turnir daha çox hazırlıq xarakteri daşıyır. Amma çempionluq da istisna olunmur. Qalib gəlmək, daha yaxşı və güclü komanda olmaq istəyirik. Özümüzə inanmağımız və bu nəticəyə imza atmalı olduğumuzu düşünmək uğurun əsas komponentidi.

Bu xəbər oxundu
- - -