Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İqtisadiyyat diktatora qarşı işləyir”

06.12.17, 8:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Putin rejimi nə qədər yaşayacaq?
Vilnyusda başlayan və say hesabı ilə artıq dördüncü olan ”Azad Rusiya Forumu”ndakı ikinci diskusiya seksiyasında ekspertlər və siyasətçilər “Putin rejimi beynəlxalq arenada” mövzusunu müzakirəyə çıxarıblar.
Çıxış edənlər arasında “İnsan haqlarının müdafiəsi fondu” şurasının rəhbəri və müxalif siyasətçi Harri Kasparov, ”Transsərhəd korrupsiyaya qarşı Avropa Birliyi-Rusiya forumu”nun eksperti, jurnalist Anastasiya Kirilenko, ukraynalı politoloq Taras Berezoviç və rusiyalı politoloq-publisist Vladislav İnozemçev də vardı. Forumda həmçinin litvalı siyasətçilər və ekspertləri görmək olardı.
İştirakçıların fikrinə görə, Rusiya hakimiyyətinə qarşı yönəlmiş sanksiyalar kifayət deyil, Ukrayna münaqişəsi uzun müddət davam edə bilər.
Politoloq İnozemçev deyib: “Rusiya yad ünsürə dönüb. Rusiyanın təklif etdiyi bütün təşəbbüslər getdikcə daha çox kənara itələnir. Bütün dünya siyasətçiləri Rusiyaya təhlükə mənbəyi kimi yanaşırlar. Vəziyyətin bu cür hal almasının başlıca səbəbkarı Vladimir Putindir”.
İnozemçevin sözlərinə görə, Rusiyada Putindən başqa heç kimin olmadığı fikrinin Qərb mətbuatında durmadan vurğulanması nəticəsində, o, daha böyük təsir imkanlarına yiyələnir. Politoloq Berezoviç hesab edir ki, Ukrayna münaqişəsi uzun sürəcək və hətta, “ola bilər ki, 40 ilə yaxın müddətə kimi uzansın”.
Diskusiyanın spikeri isə əlavə edib: “Problem Putində yox, siyasi elitadadır. Səbr göstərmək və işləmək lazımdır”.
Müxalif siyasətçi Kasparovun fikrinə görə, Putin rejimi zəif və kövrəkdir. O qeyd edib ki, TV-də Rusiya barəsində heç nə vermirlər, əsasən ABŞ-dan süjetlər göstərirlir.
Kasparov deyib: “Diktatura özünü tükəndirib, iqtisadiyyat diktatora qarşı işləyir. Xarici siyasət təbliğat məhsuluna dönüşür. Və Putin bunu dayandıra bilmir, diktator instinkti zəif görünməməlidir. Məhz görünməməlidir!”
Kasparov iddia edir ki, Rusiyadakı vəziyyət xarici təsirdən sonra dəyişilə bilər. Rejim istənilən zaman dağıla bilər və onun dağılması dövlətin dağılmasına gətirib çıxarar. Kasparov zarafatla deyib: “Heç kim Putin rejiminin nə qədər uzun müddət duruş gətirəcəyini bilmir, bunu hətta Putinin özü də bilmir”.

Bu xəbər oxundu
- - -