Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putinin yaxın ətrafı qorxu icində

06.12.17, 9:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-da sıxışdırılan Tramp Rusiyaya qarşı sanksiyalara "yaşıl işıq" yandıra bilər
ABŞ Maliyyə Nazirliyi kəşfiyyatın dəstəyilə 01 fevral 2018-ci il tarixinə Rusiya oliqarx və məmurlarına – hakimiyyətin “maliyyə xidmətçilərinə” qarşı “fərdi sanksiyalar” haqqında hesabat hazırlayır. Hüquqşünas və lobbiçilərin dəstəyini almaq və qara siyahıya düşməkdən yayınmaq üçün Rusiyadan olan çaparlar tez-tez ABŞ paytaxtına gəlməyə başlayıblar. Obama administrasiyasında “sanksiyalar üzrə başçı”, 35 illik diplomat stajı olan Daniel Frid, isveçli iqtisadçı-professor Anders Oslund, keçmişdə Rusiya və Ukrayna hökumətlərinin məsləhətçisi işləmiş, 2001-2005-ci illərdə Putinin iqtisadi məsləhətçisi olmuş Andrey İllarionov, həmçinin alim və publisist Andrey Piontkovskiydən ibarət olan beynəlxalq ekspertlər qrupu ABŞ-ın Atlantik Şurasının saytı üçün yazdığı məqalədə gələcək “Kreml hesabatı”nda adı keçəcək, “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşılıqlı təsir” haqqında 3364 № li qanuna (CAATSA) uyğun olaraq, maliyyə aktivlərinin dondurulması və ABŞ-a girişlərinin qadağan edilməsi gözlənilən “fiqurantlar”ın seçilmə kriteriyalarını formalaşdırıb.
Bu qanunun 241-ci maddəsində deyilir ki, hesabatda bu şəxslərin Vladimir Putinlə əlaqələrinə baxılmalı, onların korrupsiyada iştirakı müəyyən edilməli, varidatlarının ölçüsü və gəlirlərinin mənbələri qiymətləndirilməlidir.
“Strateq” “Novaya qazeta”nın Vaşinqtondakı xüsusi təmsilçisinə istinadən yazır ki, ekspertlərin qeyd etdiyinə görə, “rejimə yaxınlıq” əlamətlərindən biri, “Putin rejiminin aqressiv (və qanunsuz) hərəkətləri”ndə iştirakdır (açıq və ya gizli). Onlar belə hərəkətlərə Rusiyanın 2016-cı ildəki ABŞ seçkilərinə müdaxiləsini, Gürcüstan və Ukraynaya “hərbi təcavüzünü”, o cümlədən Krımın ilhaq edilməsini, Çeçenistan və Suriyada mülki əhalinin bombardman edilməsini, Yuriy Şekoçixin, Anna Politkovskaya, Aleksandr Litvinenko, Sergey Maqnitski, Boris Nemtsov və digər müxalif siyasətçilərin, vətəndaş fəallarının, jurnalistlərin və vəkillərin öldürülməsini aid edirlər.
İkinci əlamət – “Putin rejiminə” yaxın olan siyasi xadimlərin, biznesmenlərin və yarımdövlət subyektlərinin onlara “rus xalqı hesabına varlanmaq” imkanı verən korrupsiya sxemlərində iştirakıdır. Müəlliflər “Kreml siyahısı”nı tərtib edənlərə onun gələcək fiqurantlarının 7 kateqoriyasını təklif edirlər:
- Rusiya Federasiyasında (RF) və onun sərhədlərindən kənarda aqressiv, korrupsiya və ya cinayət hərəkətinə görə məsuliyyət daşıyan siyasi xadimlər, yarımdövlət təşkilatları, biznesmenlər;
- Ukrayna və Suriyada fəaliyyət göstərən muzdluların, kiber və informasiya müharibələrinin və s. təşkilində Kremllə əməkdaşlıq edən şəxslər və təşkilatlar ayrıca göstərilir;
– Putinin 1990-cı illərin əvvəlində bizneslə birgə məşğul olduğu, “Sankt-Peterburqdan olan dostları”nın yaxın dairəsi;
- “Putin kleptokratiyası: Rusiyanın sahibi kimdir?” kitabının müəllifi professor Karen Davişanın təsdiq etdiyinə, mətbuatdakı açıq mənbələrə, “Ştazi” kəşfiyyatının arxivlərinə, diplomatlarla və tədqiqatçı-jurnalistlərlə olan müsahibələrə əsasən prezidentin Leninqrad və Drezden KQB-sindən olan, onun özü ilə bərabər Kremlə gətirdiyi və mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan keçmiş həmkarları;
– məşhur “oğul atasına görə cavabdeh deyil” formuluna baxmayaraq, “qızıl uşaqlar”ı da “hesaba almaq” lazım bilinib; Putinin “yaxın çevrəsi”nin bir sıra üzvləri – hansılar ki, bir sıra hallarda kompaniyalarda rəhbər vəzifələr tutub, aktivlərinin bir hissəsini uşaqlarına verib.
– Putinin “şəxsi aktivlərinin” “mühafizəçisi” rolunu oynayan şəxsi dostları; Onların bir neçəsinin adı “Panama dosyesi”ndə açıqlanıb; Rusiya “Forbes”inə görə, onlar öz varidatlarını son illərdə əhəmiyyətli dərəcədə artırıblar.
– Kremllə birgə biznes aparmaqdan böyük xeyir götürən iri biznesmenlər. Onlardan bəziləri Putinin “yaxın çevrəsi” ilə birlikdə kompaniyaların həmsahibləridir. Məqalə müəllifləri bugünkü oliqarxları Putinin hakimiyyətə gəlişinə qədər var-dövlət sahibi olanlardan və öz varlığını qorumaq üçün “Kremlə xərac verməyə məcbur olanlardan” ayırmağı təklif edirlər. Belə şəxslərin “Kreml hesabatı”na daxil edilməsi 241-ci maddədə elan edilən məqsədlərə uyğun olmazdı. Digər tərəfdən, Kremlin açıq və gizli tədbir və əməliyyatlarının oliqarxlar tərəfindən “könüllü” və “məcburi” maliyyələşdirilməsi arasındakı o incə sərhəd haradadır?
– dövlət şirkətlərinin öz mövqelərinə görə Putinə borclu olan və öz statusunu vəsaitlərin oğurlanması üçün istifadə edən korrupsiyalaşmış menecerləri;
– öncəki kateqoriyalarda qeyd edilən şəxslərə aid olan yarımdövlət kompaniyalarının rəhbərləri.
Aydındır ki, daha məşhur olanlar saksiyalar siyahısına bir neçə kateqoriya üzrə həmən düşürlər. Dəqiq desək, onlar artıq ABŞ və AB-nin sanksiya siyahılarındadırlar. Ancaq “qızıl uşaqlar”, menecerlər, həmçinin əvvəlki – Yeltsin dönəmidən olan oliqarxlar yenidir, indi onlar da amerikan Femidasının vərdənəsi altına düşə bilərlər. Və onda rus elitasının həyatı, əgər Kreml daxilində dəyişiklik olmayacaqsa, xaricdən zorla və geridönməz olaraq dəyişdiriləcəkdir.
Sanksiyalar siyahısının tərtib edilməsinə görə ABŞ Maliyyə Nazirliyinin Xarici varlıqlara nəzarət ofisi (Office of Foreign Assets Control – OFAC) cavabdehdir. Bu idarə 2014-cü ildə Gennadi Timçenkonun, Arkadi və Boris Rottenberq qardaşlarının və Yuri Kovalçukun adlarını (onlar, burada hesab edildiyi kimi, “prezident Putinin yaxın çevrəsi”nə daxildirlər) sanksiya siyahısına salıb. Sonradan onlara “Rosneft”in başçısı İqor Seçin və digərləri əlavə edilib.
Konqresə hesabatın hazırlanması gizlilik rejimində aparılır, amerikan mediasına əhəmiyyətli sızıntı yoxdur. Lakin “Forbes”in rusiyalı iştirakçıları ilə söhbət edən “The Bell” internet nəşrinin təsdiqinə görə, onlar qanunun bu maddəsindən xəbərdardırlar və etiraf edirlər ki, qara siyahıya necə düşməmək üçün həddindən artıq əndişə keçirirlər.
“The Bell” “Kreml hesabatı”nın potensial fiqurantlarının adlarını çəkir: Oleq Deripaska, Mixail Fridman, Əlişir Usmanov, Roman Abramoviç. “Forbes”un siyahısında olanlardan biri “The Bell”ə bildirib ki, “beləsinə hazır ola bilməzsən”. Hüquq məsləhətçilərinə görə, xoşagəlməzliklərdən yayınmağın ən yaxşı üsulu həyat yoldaşından aktivlərin onun adına keçirilməsilə boşanmadır. İndi Rusiya cəmiyyətinin qulağını doldurmaq üçün edilən son yüksək profilli böşanmaların həqiqi motovlərini tapmaq qalır.
“Reuters” bildirir ki, yeni məhdudlaşdırmaların tətbiq edilməsi təhdidi Rusiya liderini biznes elitası üçün “toksik aktiv” edib. Agentlik siyasi və iş dairələrindən olan 20-dən artıq adam arasında sorğu keçirib. Çoxları amerikan sanksiyaları altına düşməkdən qorxan iş adamları arasındakı “qorxu və narahatlıq atmosferi”ndən danışır. İri Rusiya kompaniyasından olan bir mənbə “Reuters”ə deyib ki, “İnsanlar gərginlik içindədir. Asılı vəziyyətdir. Səni Putinin yaxın adamı kimi tanıyacaqlar, indi get, sübut et ki, bu, belə deyil. Məhkəmədə ABŞ-a qarşı öz aktivlərini qorumaq çətindir”.

Bu xəbər oxundu
- - -