Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vergilər Nazirliyinin işi daha da müasirləşməli və şəffaflaşmalıdır”

06.12.17, 11:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vergilər Nazirliyində aparılan islahatlar Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi tərtib olundu və təsdiq edildi.
O qeyd edib ki, Strateji Yol Xəritəsinə uyğun olaraq, vergi, gömrük sistemində islahatlar aparılır, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı çox böyük işlər görülür:
“Artıq ölkə iqtisadiyyatının neftdən asılılğının azaldılması, eyni zamanda rəqabət qabiliyyətli ixrac yönümlü məhsulların istehsal olunması, yerli istehsalın daha da artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu baxımdan əlbəttə, ölkə iqtisadiyyatında sahibkarların rolu böyükdür, onların üzərinə həm böyük yük, həm də böyük məsuliyyət düşür. Ona görə də sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün bürokratik əngəllər aradan qaldırılmalıdır. Prezident İlham Əliyev həmişə sahibkarlara dəstək verir. Bütün strukturlar sahibkarlara şərait yaratmalıdır, xüsusilə Vergilər Nazirliyi. Vergilər Nazirliyi sahibkarlarla mütəmadi işləyən bir qurumdur və ona görə də sahibkarlarla işini elə qurmalıdır ki, sahibkarlara, iş adamlarına köməklik göstərsin və ümdə məsələ ölkə iqtisadiyyatının yüksəldilməsi olsun”.
Deputat vurğulayıb ki, sahibkarların, iş adamlarının fəaliyyətini ləngidən hər hansı bir amil tək onlara yox, ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərir: “Ona görə də Vergilər Nazirliyində də böyük islahatlar aparılmalı və vergi ödəyiciləri ilə həmin nazirlik arasında bir-birini anlamaq mühiti olmalıdır. İqtisadiyyatın inkişafı istiqamətində cənab Prezident həm struktur, həm də kadr islahatlarını çox uğurla həyata keçirir. Vergilər Nazirliyindəki dəyişikliklər də aparılan islahatların tərkib hissəsi kimi qitymətləndirilməlidir. Vergilər Nazirliyinin işi daha da müasirləşməli, intensivləşməli və şəffaflaşmalıdır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib və vergilər naziri təyin edilib.

Bu xəbər oxundu
- - -