Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Köçəri türk sözüdür“

06.12.17, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsi çox maraqlıdır. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir”.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
“Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində “köçəri” sözü köçmək felindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o, bildirib.
"“Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur”.
Bunu firikləri isə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Nazirlik rəsmisi bildirib ki, “Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür: “Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi”nin UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mətbəximizin tanıdılması baxımından böyük uğurdur. Bu, dolmanın milli mətbəx nümunəsi ikimi dünyada tanıdılması üçün vacib vasitə və səbəb olacaq. Nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və AzərbaycanınUNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib”.
V. Şixəmmədov əlavə edib ki, adı çəkilən qurumların UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısı ilə bağlı birgə əməkdaşlığı gələcəkdə də davam edəcək.
Qeyd edək ki, bu gün “Köçəri” rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bu xəbər oxundu
- - -