Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Astanada Transxəzər marşrutunun inkişafı müzakirə olunub

06.12.17, 14:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qazaxıstanın paytaxtı Astana şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətində dəyişiklik edilməsi haqqında; Türkiyə Dövlət Dəmir Yollarının (Türkiyənin müvafiq dövlət orqanlarının razılığı əsasında) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin üzvlüyünə daxil edilməsi haqqında və digər məsələlər müzakirə olunub.
Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

Bu xəbər oxundu
- - -