Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Amerikalıların 65%-dən çoxu Trampın qərarının əleyhinədir

07.12.17, 13:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Yaxın perspektivdə Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının nəticəsi olaraq münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olan şəxslər qarşısında ekstremist qrupların imkan və fəaliyyətləri genişlənəcək"
ABŞ Azərbaycandakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsdəri Metyu Brayza belə düşünür.
Sabiq səfir hesab edir ki, Qüdsə bağlı qərar Yaxın Şərqdə sülh prosesində yaranan istənilən kövrək irəliləyişi bitirəcək: “Qeyd edim ki, bu prosesdə Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbası daha konstruktiv mövqe sərgiləməyə təhrik etməklə çox sakit, lakin əhəmiyyətli rol oynayıb”.
Brayza hesab edir ki, orta və uzaq perspektivdə prezident Trampın bu qərarı az dağıdıcı, hətta aşağıda qeyd olunanlar mümkün olsa, faydalı belə ola bilər:
"1. ABŞ yalnız Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyır;
2. ABŞ Şərqi Qüdsün mümkün Fələstin dövlətinin paytaxtı olacağını gözləyir;
3. Qüdsün yekun statusunun (bölünmüş və ya vahid formada qalacağından asılı olmayaraq) yalnız Yaxın Şərq Sülh prosesi çərçivəsində danışıqlar yolu ilə həll olunacağına dair mövqeyini bir daha təkrarlamaqla..."
Diplomat düşünür ki, prezident Trampın qərarı ABŞ-ın əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkələrlə münasibətlərinə zərər vuracaq: "ABŞ prezidenti sünni, şiə, sələfi, sufi, ərəb, iranlı və ya türk olmalarından asılı olmayaraq müsəlmanların birləşdiyi məsələ barədə qərar verib. Bundan əlavə, qərar ABŞ-ın özündə belə populyar qərar deyil. İlkin rəy sorğuları göstərir ki, amerikalıların 65%-dən çoxu bu qərarın əleyhinədir".

Bu xəbər oxundu
- - -