Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanın saxtakarlığı Tərtərdə ifşa edildi

11.12.17, 15:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, millət vəkillərinin həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.
Səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə tanış olaraq, burada orta məktəb, musiqi məktəbi və mənzillərə baxış keciriblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədri Əli Həsənov qonaqlara bildirib ki, bu qəsəbə son 16 ildə tikilən 17-ci qəsəbədir. Bütün qəsəbələrdə məcburi köckünlər ücün ən yüksək səviyyədə şərait yaradılıb.
Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və nümayəndələri bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdılar. Daha sonra xarici diplomatlar və media nümayəndələri Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı saxta ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş "Marağa-150" abidəsi ilə yerində tanış olublar.

Bu xəbər oxundu
- - -