Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azadlıq prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

12.12.17, 14:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azəravtoyol" ASC-nin sürücülərə xəbərdarlıq edib.
ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
"Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək", - deyə məlumatda vurğulanıb.

Bu xəbər oxundu
- - -