Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

12.12.17, 14:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Sonra dövlət himni səslənib.
Dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ziyarətdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu xəbər oxundu
- - -