Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu il aparılmış danışıqlada intensivlik olub”

13.12.17, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qabil Hüseynli: “Münaqişənin həlli ilə bağlı bir sıra təşəbbüslər irəli sürülüb”


“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu il aparılmış danışıqlada intensivlik olub”. Bunu politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu il aparılmış danışıqları şərh edərkən bildirib. Q.Hüseynli bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra təşəbbüslər irəli sürülüb: “Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrələrinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü olub. Görüşlə bağlı ətraflı informasiya verilməsə də, Azərbaycan XİN rəhbəri E.Məmmədyarov görüşün müsbət məcrada keçdiyini bildirib. Danışıqlar üçün müsbət mühitin olması çox vacibdir. Lakin ermənilər danışıqlarda müsbət mühitin yaradılmasını istəmirlər. ATƏT-in təşəbbüskarlığının artdığı bir vaxtda Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağa səfər etdi. Bundan başqa, onlar danışıqlar apara-apara Cəbrayılda yaşayış məntəqəsi salmağa başlayıblar. Bu təxribat xarakterli addımdır və danışıqlar prosesinə ciddi əngəldir”. Qabil Hüseynlinin sözlərinə görə, danışıqlar prosesinə ATƏT, Avropa İttifaqı müəyyən poztiv ton verməyə çalışırlar: “XİN-lərin görüşü prezidentlərin görüşü üçün hazırlıqdır. Prezidentlərin görüşü barədə heç bir məlumat verilməyib, amma XİN rəhbərlərinin görüşündən belə bir qənaətə gəlmək olar ki, nazirlərin görüşü müsbət mühitdə keçibsə deməli prezidentlərin də görüşünü hazırlamaq mümkün ola bilər. Bu il danışıqlar ili kimi başa çatır. Təmas xəttində müəyyən atışmalar olsa da, danışıqlar prosesi hər şeyi üstələdi. Danışıqlar prosesinə daha çox diqqət ayrılıb. Bu məsələlər ilə bağlı Azərbaycan daha fəaldır. Azərbaycan prezidenti Rusiya ilə intensiv danışıqlar aparır”.
Millət vəkili Eldəniz Səlimov isə deyib ki, bu ili Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılmış danışıqlar; ümumilikdə qənaətbəxş hesab etmək olar. Onun sözlərinə görə, müxtəlif beynəlxalq qurumların təşəbbüsü ilə həyata keçirilən prezidentlərin, xarici işlər nazirlərinin görüşlərində müəyyən dəyişikliklər olmasına baxmayaraq nəticə etibari ilə münaqişə bu gün də davam edir: “Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin mövqeyi işğal altında olan Azərbaycan torpaqlarından erməni təcavuzkar qüvvələrinin çıxarılması, qaçqın və köçkünlərin öz yurd-yuvalarına qayıtmasından ibarətdir. Lakin beynəlxalq təşkilatların ikili sandartlı mövqeyi bu münaqişənin həllinə maneçilik yaradır. Elə münaqişələr var ki, onlar bir günə həll edilir. Son vaxtlar inkişaf etmiş ölkələrin rəhbərliyinə gələn şəxslər dünya ölkələri arasında ixtişaşların yaranmasına səbəb olurlar. Nəticədə həmin ölkələrdə vətəndaş müharibəsi və ölkələrarası müharibələr baş verir”. “Dəfələrlə Prezidentimiz beynəlxalq tədbirlərdə "Biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik" deyib. Dövlətimiz çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olsun", deyə o bildirib.

Bu xəbər oxundu
- - -