Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, sərhədlərin açılmasından söhbət gedə bilməz”

13.12.17, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Q“2018-ci il yaxınlaşdıqca, Ermənistan tərəfindən tez-tez bu məzmunda bəyanatlar səslənməyə başlayıb. Sürix protokollarında əsas məqam qondarma soyqırımı ilə bağlı məsələ idi. İndi Ermənilər belə bir bəyanat verməklə həmin qondarma soyqırımını yenidən gündəmə gətirməyə çalışır”. Bu fikirləri politoloq Arzu Nağıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Türkiyə ilə İrəvan arasında imzalanan Sürix protokolunu ləğv edəcəkləri ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Eskpert diqqətə çatdırıb ki, Ermənistanın bu yolla Türkiyəyə təzyiq göstərməyə çalışır. Onun sözlərinə görə, son vaxtlar bəzi media orqanlarında Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatın bərpası ilə bağlı müəyyən söz-söhbətlər yer alır: “Məhz buna görə də Türkiyə tərəfi bəyanat verdi ki, Ermənistanla sərhədlər açılmayacaq. Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, sərhədlərin açılmasından söhbət gedə bilməz. Buna görə də Ermənistan tez-tez Sürix protokolunun ratifikasiya edilməməsi ilə bağlı bəyanatla çıxış edir. Bundan təzyiq metodu kimi yararlanmağa çalışırlar. Biz onsuz da bunu öncədən siyasi təzyiq vasitəsi kimi qiymətləndirmişik. Əvvəldən bilirdik ki, ermənilər bu məsələləri istənilən vaxt qabarda bilər. Düşünmürəm ki, bunun ölkəmiz üçün hər hansı mənada mənfi təsiri olsun”.

Bu xəbər oxundu
- - -