Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda rəqəmsal mühitdə piratçılığa qarşı mübarizə müzakirə olunub

13.12.17, 14:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən "Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, tədbir Azərbaycan hökuməti və DƏMT arasında imzalanmış "Əqli mülkiyyət sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun icrası ilə bağlı Fəaliyyət Planı çərçivəsində təşkil olunub. Konfransda DƏMT-in təmsilçiləri, tanınmış beynəlxalq ekspertlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislər iştirak edirlər.
Tədbirin açılış mərasimində DGK sədri Aydın Əliyev və Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev iştirak edib. Açılış mərasimində bildirilib ki, prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını diversifikasiya edən və innovativ inkişafa yol açan dövlətə çevrilir. 2009-cu ildən başlayaraq Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır. Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, tərəfdaş dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin məkanıdır.
Qeyd olunub ki, Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək MDB məkanında şəriksiz liderdir. Sonra konfransda "Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi", "DƏMT-in xidmətlərinin ümumi icmalı", "Əqli mülkiyyət hüquqlarının təminatında balanslaşdırılmış yanaşma", "Hüquqi müdafiənin mülki tədbirləri" mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb. Konfrans dekabrın 14-də başa çatacaq.

Bu xəbər oxundu
- - -