Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Pole Çudes“in növbəti buraxılışı Azərbaycana həsr ediləcək

14.12.17, 12:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Pole Çudes”in növbəti buraxılışı Azərbaycana həsr ediləcək. Bu barədə "Azərsun Holdinq"dən məlumat verilib. Bildirilir ki, dünyanın 40 ölkəsinə ixrac edilən Azərbaycanın ilk milli markası “Azerçay” ölkəmizin təbliği və xaricdə tanıdılmasına növbəti dəfə öz töhfəsini verir. Belə ki, artıq on illərdir MDB-nin ən məşhur televiziya layihələrindən biri olan və təxminən 300 milyonluq auditoriyaya sahib “Pole Çudes” verilişinin Beynəlxalq Çay günündə yayımlanacaq buraxılışı Azərbaycana həsr edilib. Ölkəmizin tanınmış simaları, Azərbaycan və Rusiyanın məşhur incəsənət xadimlərinin iştirak etdiyi, Rusiyanın Birinci Kanalında yayımlanan “Azərçay”ın ənənəvi dekabr buraxılışında Azərbaycanın mədəniyyəti və çayçılıq ənənələri barədə geniş məlumat verilib. Sevindirici haldır ki, artıq rusiyalı istehlakçıların beynəlxalq çay günü deyəndə, ağlına ilk olaraq “Azərçay” gəlir.
Qeyd edək ki, Rusiya bazarında apardığı böyük marketinq mübarizəsində Azərbaycanı uğurla təmsil edən “Azerçay” markası artıq Rusiya istehlakçılarının da seçdiyi əsas çay markasına çevrilib. Xatırladaq ki, veriliş 15 dekabr tarixində saat 20:55-də Rusiyanın Birinci Kanalında yayımlanacaq.

Bu xəbər oxundu
- - -