Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Münaqişənin həlli istiqamətində diplomatik fəallıq müşahidə olunur”

14.12.17, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Məmmədov: “Bu danışıqlar nəticə verməlidir”


“Hazırda Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində diplomatik fəallıq müşahidə olunur”. Bu fikri millət vəkili Elman Məmmədov səsləndirib. O, bildirib ki, bu yaxınlarda xarici işlər nazirlərinin görüşü, həmsədrlərin məsləhətləşmələr aparması və digər hadisələr fəallaşmanı göstərir: "Bu danışıqlar nəticə verməlidir. Əvvəlki illərdə də biz danışıqlar prosesinin xeyli fəallaşdığını müşahidə etmişik. Amma işğalçı Ermənistanın qeyri-konstruktivliyi nəticəsində hər dəfə proses pozulub. Bir reallıq qəbul olunmalıdır ki, münaqişənin həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmalıdır. Həmsdərlər ilk olaraq öz funksiylarını yerinə yetirməlidirlər. Onların əsas vəzifələri isə münaqişənin beynəlxalq hüquq normaların uyğun olaraq həll olunmasıdır. Əgər ermən tərəfi beynəlxalq hüquq normalarına əməl etmirsə, təzyiq edilməli, sanksiyalar tətbiq olunmalıdır. Belə olan halda, onlar qısa zamanda razılaşmaya məcbur olacaq".

Bu xəbər oxundu
- - -