Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir”

14.12.17, 14:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Türkiyə protokolları ilə bağlı bəyanatına cavab olaraq bildirib.
Türkiyə XİN-in məlumatında deyilir ki, Ermənistan-Türkiyə protokollarının imzalanması Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını təmin etmək məqsədi daşıyırdı: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməli və Türkiyəyə “soyqırım”la bağlıı iddialar irəli sürməkdənsə, Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir”.
Məlumatda o da qeyd olunur ki, Türkiyə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistan-Türkiyə protokolları barədə bəyanatını pisləyir, çünki bu cür bəyanatlar bu protokolların əsl məqsədini və məramını təhrif etməyə yönəlib: “Ermənistan-Türkiyə protokolları iki ölkə arasındakı münasibətlərin normallaşması üçün imzalanmışdı, lakin Ermənistanın konstitusiya məhkəməsi 12 yanvar 2010-cu ildə protokolların mətninə ziddi olan bir sıra şərtlər irəli sürdü”.
Məlumatda vurğulanır ki, bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu ildə protokolların dondurulduğunu bəyan etdi.

Bu xəbər oxundu
- - -