Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bank Ombudsmanı bankların tərəfini saxlayır

28.12.17, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bank Ombudsmanı fəaliyyətə başlayandan bura 163 müraciət daxil olub. Bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov "Banklar və Biznes" jurnalına müsahibəsində bildirib. "Müraciətlərin bəziləri Bank Ombudsmanının səlahiyyətlərinə daxil olmadığı üçün qəbul olunmayıb, bir qismi düzgün prosedur qaydalarına əməl olunmadığı üçün yenidən müraciət etmələri üçün izah edilib və sənədlər gözləmə mövqeyindədir, digər işlər isə icraat daxil edilmişdir", - deyə o vurğulayıb.
Məsul katib bildirib ki, Bank Ombudsmanının icraatına daxil olmuş 8 iş üzrə bankla müştəri arasında barışıq sazişi imzalanıb, 4 işin icraatına bankla müştəri arasında razılığa gəlinmədiyi üçün xitam verilib və digər işlər isə hazırda icraatdadır: "Banklarla müştəri arasında əldə edilən razılıqlara əsasən borcun bağışlanılması, aşağı məzənnə ilə ödənişin tam bağlanılması və ya güzəştli şərtlərlə aşağı faizlə ödənişlərin aylar üzrə edilməsi və sair daxildir".
Onun sözlərinə görə, Bank Ombudsmanı Azərbaycanda yeni yaradılmış institutdur, bu səbəbdən problemlərin olması mümkündür: "Burda əsas məsələ problemlərin meydana çıxması deyil, onların mümkün qədər tez aradan qaldırılmasına nail olmaqdır. Anlaşılmazlıqlar əsasən vətəndaşlar tərəfindən olur. Belə ki, vətəndaşlar bəzi hallarda natamam və aidiyyatı olmayan müraciətlər edirlər. Bank Ombudsmanı iddia məbləği maksimum 2000 dolların müraciətin daxil olduğu gün Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə bərabər olan, mübahisə məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmayan bütün növ şikayətlərə baxır. Bura kreditlərlə, depozitlərlə, kredit kartları və pul köçürmələri ilə bağlı şikayətlər daxildir. Əksər vətəndaşların müraciətləri ya bu məbləğdən yuxarı idi, digərlərində məhkəmə qətnaməsi var idi, bəziləri müştərilərdən daxil olmuş şikayətlərə baxılması üçün Bəyannamə imzalamamış maliyyə qurumdan edilir, bəzi vətəndaşlarda düşünürlər ki, Bank Ombudsmanı vətəndaşların banka olan kreditlərini bağışlayır və ya öz üzərinə götürür ki, bunlar da Bank Ombudsmanının səlahiyyətlərinə aid deyildir. Yeni yaradılan İnstitutun digər məqsədi də vətəndaşlar arasında maliyyə savadlılığının artırılmasıdır".

Bu xəbər oxundu
- - -