Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyəni gözdən salmaq istəyirlər

29.12.17, 8:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin son günlərdə terrorçu adlandırılması sanki bir mərkəzdən idarə olunan planlaşdırılmış və zəncirvcari prosesdir. Bu sözləri açıqlmasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, bu prosesin halqaları ayrı-ayrı ölkələrdə fərqli şəkildə hiss olunmaqdadır: “Belə ki, bir neçə gün öncə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Fəxrəddin Paşanı və Osmanlı dövlətini haqsız olaraq terrorçu adlandırmışdı. Buna qarşılıq olaraq Ərdoğan ona sərt cavab versə də, bundan sonra Səudiyyə Ərəbistanınından da BƏƏ-yə dəstək nümayiş etdirildi. Nəzərə alsaq ki, bir müddət öncə ABŞ Milli Təhlükəsizlik Strategiyasında Türkiyə və Qətəri radikal islamı yaymaqda ittiham etmişdi. İndi də ABŞ Konqresində ABŞ senatoru Robert Pittengerin Türkiyənin etdiyi hərəkətləri “terrorçu dövlətə xas əməllər” kimi qiymətləndirməsi təsadüfi deyil”.
Politoloq qeyd edib ki, artıq Türkiyəyə qarşı müəyyən güc mərkəzləri və qüvvələr kampaniya başladıb: “Bu kampaniyanın əsas məqsədi Türkiyəni gözdən salmaqdır. Həmin qüvvələr eyni zamanda Türkiyənin varisi olduğu Osmanlıya qarşı da haqsız hücumlar edir. Türkiyəni terrorçuluqla ittiham edən dövlətlərin terrora dəstək vermələrini Türkiyə bir müddət öncə sübuta yetirmişdi. Türkiyə ABŞ-ın FETÖ-ya, eləcə də digər ərəb ölkələrinin İŞİD-ə dəstək verdiyini faktlarla dünyanın gözü qarşısına qoydu”.
Politoloqun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaşın ərəb ölkələrini Türkiyə və İrana qarşı birləşməyə səsləməsinin də arxasında məhz həmin qüvvələr dayanır: “Hazırda ərəb dövlətlərini idarə edən qüvvələr arasında ərəb dünyasının Türkiyə və İran tərəfindən idarə olunması ilə bağlı narahatlıq var. Əslində isə ərəb dünyası ABŞ və İsrail tərəfindən idarə olunur, yəni onlar müstəqil və həmrəy deyil. Ərəb dövlətlərinin Türkiyəyə qarşı bu münasibətinin də görünür ki, ABŞ və İsrail durur. Yaxın Şərqdə yeni hədəf ölkələr Türkiyə və Qətərdir. Çünki ərəb ölkələri Qətərə qarşı embarqo tətbiq edəndə Türkiyə Qətərə dəstək olmuşdu. Buna görə də ABŞ-ın və İsrailin təhriki ilə Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri Türkiyə və Qətəri hədəf götürüb”. Qeyd edək ki, bu gün ABŞ senatoru Robert Pittenger çıxışında Türkiyənin etdiklərinin terror dövlətinə xas əməllər olduğunu bildirib.

Bu xəbər oxundu
- - -