Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“2017-ci ildə Xalça Muzeyini 80 min nəfər ziyarət edib”

29.12.17, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib”.
Xalça Muzeyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu muzeyin direktoru Şirin Məlikova bildirib.
Bu il muzeyin 50 illiyinin qeyd olunduğunu vurğulayan muzey direktoru bu münasibətlə ilboyu çoxsaylı beynəlxalq simpozium, konfrans və seminarlar, həmçinin ustad dərsləri, müxtəlif mövzularda mühazirələr, "dəyirmi masa"lar, təlimlərin keçirildiyini diqqətə çatdırıb: "Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid qədim örtük alınıb muzeyə hədiyyə edilib. Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir “Şamaxı xalçası” xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib. Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanılan ”Şamaxı" xalçası hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə edilib ki, bunların bir qismi satın alınıb və ya hədiyyə olaraq qəbul edilib. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaradıb”.
Ş.Məlikova deyib ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyi “TripAdvisor” saytının ilin ən yaxşı muzeyi kimi “Mükəmməllik serifikatı”nı alıb. Həmçinin, bu il Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb və 2018-ci ildə bu mükafatı qazanmaq üçün böyük şansı var.
O, Azərbaycan mədəniyyətinin milli sərvəti olan xalçaların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması ilə bağlı işlərin davam etdirildiyini vurğulayıb.

Bu xəbər oxundu
- - -