Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağa dair danışıqlarda heç bir real quruculuq yoxdur“

29.12.17, 10:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"ATƏT Qarabağ münaqişəsinə dair yekun statusun əldə edilməsi üçün bəzi prinsipləri müzakirə edir. Lakin danışıqlarda heç bir real quruculuq yoxdur".
Bu barədə ATƏT-in saytına verdiyi müsahibədə ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Bahler bildirib.
"Qarabağda 2016-cı il hadisələrindən sonra bu vaxtadək mövcud olan kiçik etimad da şübhə altına düşdü. Son zamanlar Cenevrədə baş tutan Azərbaycan-Ermənistan görüşləri, əlbəttə müəyyən mənada ümidvericidir. Lakin yalnız prezidentlərin görüşü ilə danışıqlar prosesini sürətləndirmək mümkün deyil", - deyə Bahler bəyan edib.
Onun sözlərinə görə, 2014-cü ildə ATƏT-də İsveçrənin sədrliyi ilə danışıqlar prosesi haqqında bütün elementlər və tam miqyaslı danışıqlar prosesinin detalları ilə qeyri-rəsmi sənəd hazırlanıb. Sözügedən sənəd növbəti sədrlik edəcək ölkələrə təqdim edilib.
"Bundan başqa keçən il ATƏT-də Almaniyanın sədrliyi dövründə biz ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin monitorinq missiyasının gücləndirilməsi konsepsiyasının hazırlanmasına kifayət qədər çox zaman itirdik. Sankt Peterburqda prezidentlər ikitərəfli razılığa gəlsələr də, bu hələki həyata keçirilməyib.
Bu qoşunların təmas xəttində, Azərbaycan və Ermənistan dövlət sərhəddində çox kiçik missiyadır. Biz missiyanın heyət üzvünün sayını 6-dan 13-dək artırmağı nəzərdə tuturduq. Avstriyanın sədrliyi bu konsepsiyanı hazırladı və son zamanlarda bu məsələdə irəliləyişlər hiss olunurdu. Bu səbəbdən 2018-ci ilin perespektivləri daha real görünür. Eyni zamanda atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri haqqında qeyri-rəsmi sənəd tərtib etmişik, bu etimadın möhkəmləndirilməsi üçün daha bir tədbirdir. Bunu həyata keçirmək lazımdır", - deyə Bahler əlavə edib.

Bu xəbər oxundu
- - -