Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ağsaqqallar Şurasında təltifetmə mərasimi

29.12.17, 13:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Respublika Ağsaqqallar Şurasında 2017-ci ildə yubileyləri qeyd olunmuş görkəmli dövlət və ictimai xadimlərin Şura tərəfindən Fəxri fərmanla təltifetmə mərasimi keçirilib.
Mərasimdə Respublika Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev və bir sıra ictimai xadimlər iştirak ediblər.
Millət vəkili Fəttah Heydərov mərasim iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
Fəttah Heydərov çıxışında qeyd edib ki, 2017-ci il müstəqil Azərbaycanın tarixində növbəti şərəfli səhifə olub: “Bu il ərzində Azərbaycanda dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və xalqın maddi rifah halının yaxşılaşdırılması ilə bağlı böyük hadisələr yaşanıb”.
Millət vəkili bildirib ki, bu gün Azərbaycan regionda lider dövlətə çevrilib: “Dövlət başçısının rəhbərliyi altında əldə olunan nəticələr vətəndaşları, eləcə də biz ölkə ağsaqqallarını sevindirir. Cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır”.
Fəttah Heydərov çıxışında Prezident İlham Əliyev tərəfindən ölkə ağsaqqallarına göstərilən diqqət və qayğısından danışıb.
Mərasimdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev və bir sıra ictimai xadimlər Şuranın Fəxri fərmanı ilə təltif olunublar.
Fəxri fərmanla təltif olunan mərasim iştirakçıları Ağsaqqallar Şurasına və Şura sədri Fəttah Heydərova minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda Ağsaqqallar Şurasının sıralarına yeni üzvlərin qəbul olunmasıyla bağlı qərar qəbul olunub.

Bu xəbər oxundu
- - -