Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə milli müdafiə sistemini yaradır

09.01.18, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə “Eurosam” Fransa-İtaliya konsorsiumu, o cümlədən “Aselsan” və “Roketsan” şirkətləri ilə yeni TT3 sistemlərinin hazırlanması üzrə müqavilə imzalayıb.
TT3-ün hazırıq mərhələsi 18 ay müddətində həyata keçiriləcək və bu müddət bitdikdən sonra Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanması üçün kütləvi şəkildə istehsalına başlanacaq.
“Eurosam”ın rəsmi internet səhifəsində bildirilir ki, Türkiyə, Fransa və İtaliyanın müdafiə sənayesi sahəsindəki əməkdaşlığı strateji əhəmiyyət daşıyır və yaxın gələcəkdə raket hücumundan müdafiə sahəsində ən ciddi təhlükələrə cavab verə biləcək birgə və uzunmüddətli istehsalı nəzərdə tutur. “Eurosam”ın məlumatına görə yeni Raket Hücumundan Müdafiə Sistemi görünməz təyyarələr və ballistik raketlərə qarşı da effektiv olacaq və hər üç ölkənin silahlanmasında istifadə olunacaq.
Eurosam hesab edir ki, Türkiyə, İtaliya və Fransanın birgə əməkdaşlığı RHMM-lərin idxalı üçün də geniş imkanlar açır.

Bu xəbər oxundu
- - -