Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampın lağa qoyduğu Oprah Vinfrey seçkidə ona qalib gələ bilər

12.01.18, 10:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, təzəcə keçirilmiş rəy sorğusu Oprah Vinfreyin növbəti seçkidə Donald Trampa asanlıqla qalib gələ biləcəyini göstərib. “Rasmussen Reports” firmasının apardığı rəy sorğusu göstərir ki, əgər seçki bu gün keçirilsəydi, televizya ulduzu indiki prezidenti 10 bal geridə qoyardı. Xanım Vinfreyin növbəti prezident seçkisinə namizədliyini verə biləcəyinə dair şayiələr o, Golden Globe mükafatları mərasimində çox coşqun bir çıxış edəndən sonra yayılmağa başlayıb. Məşhurun rəfiqələri onun Trampa qarşı yarışmaq əzmində olduğunu bildirsələr də, teleaparıcının özü bu şayiələri təkzib edib.
Məsələ burasındadır ki, söz-söhbətə prezident Trampın özü də müdaxilə edib. O deyib ki, Vinfreyin seçkiyə qatılacağını düşünmür, amma lap belə bir şey olsa da, ona asanlıqla qalib gələ bilər. Lakin indi aparılmış rəy sorğusu göstərir ki, xanım Vinfrey prezident olmaq məsələsinə ciddi baxsaydı, amerikalıların 48 faizi onu və yalnız 38 faizi Trampı dəstəkləyərdi. Sorğu nəticələrindən bu da bəlli olub ki, respublikaçıların beşdə biri Oprahı dəstəkləyərdi. Bu da Trampın göstəricisindən daha yaxşı nəticədir.
Demokratların 76, respublikaçıların 22, partiyasızların isə 44 faizi keçmiş tok-şou aparıcısını dəstəklədiyini bildirib. Donald Trampa bu rəqabətdə respublikaçıların 66, demokratların 12 və bitərflərin isə 38 faizi səs verməyə hazır olduğunu deyib. Tramp əvvəllər xanım Vinfreyin heyranlarından biri olub. O, 2012-ci ildəki tvitlərindən birində yazırdı: "Mən Opraha vurğunam".
Belə görünür ki, amerikalıların da çoxu Opraha vurğundur. “Rasmussen Reports”un 1000 nəfər arasında apardığı rəy sorğusunun nəticələrinə görə, adamların 55 faizi teleulduzu sevir. Lakin politoloqlar bu qənaətdədirlər ki, Ağ Ev uğrunda mübarizə Vinfreyin populyarlığına ziyan vurardı. Onların fikrincə, əgər teleulduz prezidentlik niyyətini rəsmən elan etsəydi, bu qədər dəstək görməyəcəkdi. Bu da qeyd olunur ki, adamlar Trampdan sonra dövlətçilik təcrübəsi olan birisinə üstünlük verəcəklər. Lakin məşhurlar və ekspertlər Oprah 2020 yarışının maraqlı ola biləcəyini deyirlər. O, Tramp-dan fərqli olaraq, öz zəhməti ilə milyarder olanlardandır.

Bu xəbər oxundu
- - -