Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Din və dövlətin bir-birindən fərqlənmədiyi cəmiyyətlərin başına nə gəldikləri tarixdən hamıya məlumdur”

12.01.18, 11:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Orta Şərqdə siyasətçilərin diqqət mərkəzində olan mövzulardan biri də Səudiyyə Ərəbistanı Krallığı və son iki ildə orada gedən ictimai-siyasi proseslərdir. Bu gün Səudiyyə Ərəbistanında həm daxili, həm da xarici həyatda həqiqətən ciddi proseslər baş verməkdədir”. Bu fikirləri politoloq Əimusa İbrahimov səsləndirib. O diqqətə çatdırıb ki, vəliəhd Məhəmməd Bin Salman bu ölkənin tarixində anoloquna rast gəlinməyin, çox böyük ambisiyaları özündə ehtiva edən modernləşdirmə planını işə salıb: “Regionun və hətta bütünlükdə İslam dünyasının aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı Krallığının taleyi bu plandan, onun necə həyata keçiriləcəyindən və ya ümumiyyətlə həyata keçirilə bilməsindən asılıdır. Sosial -siyasi səvyyədə dramatik dəyişikliklər baş verməkdədir. Məqsəd ölkənin iqtisadiyyatını gücləndirmək, neftdən asılılğı azaltmaq, İslam libasına bürünmüş ruhanilərin dövlətin işinə müdaxiləsini aradan qaldırmaqdır. MBS 2017-ci ilin oktyabrında Riyadda keçirilən investorların toplantısında bu münasibətlə demişdir: "Biz tariximizə - əvvəlki dövrümüzə qayıdırıq. Bütün dünya dinlərinə və ölkələrinə açıq olan İslam bizim hədəfimizdir." Bu ambisiyalı qayıdış vəliəhdin sözlərinə görə son 30 illik müddəti Səudiyyə Ərəbistanının tarixindən silib atmağı nəzərdə tutur. "Son 30 ildə baş verənlər Səudiyyə Ərəbistanının tarixi deyil." Bu sözlərlə o, Krallığın 1979-cu ilı İran İslam inqilabının və bunun nəticəsində Tehran rejiminin bu inqilabı Orta Şərqdə yaymaq təşəbbüsünün təsiri altında ultrakonservativ siyasətə başlamasına qarşı çıxır və bu siyasətə son qoymağın vaxtının çatması fikrini təsdiqləyir. İlkin mülahizələrə görə fikrimcə, Səudiyyədə hakimiyyətə gələn yeni nəsil orada mövcud olan İslamın modernləşmənin qarşısını aldığını, gənc nəslin artan tələbatı ilə uyğunsuzluq təşkil etdiyini dərk edirlər”. Politoloq “deməli bu kursun ən qısa müddətdə dəyişməsi zəruridir”,- deyə əlavə edib: “Əks təqdirdə Krallığı yaxın gələcəkdə digər ərəb baharına yoluxmuş müsəlman ölkələrinin taleyi gözləyir. 30 illik tarixin üzərindən xətt çəkmək və keçilmiş yolu təzədən qət etmək gənc və ambisiyalı Vəliəhdə nəsib olacaqmı? Sual ritorik olduğu qədər də onu cavablandırmaq çətindir. Bu otuz il Krallığda təkcə İslamdan başqa hər şey özündə birləşdirən ruhani rejiminin güclənməsi , onun cəmiyyətin bütün təbəqələrinə nüfuz etməsi ilə deyil, Vəhhabbi-sələfi cərəyanının dövlətin əsas ideologiyasına çevrilməsi ilə yadda qalıb. Din Səudiyyə Ərəbistanında az qala dövlətin özünə çevrilmşdi. Bütün məsələlərdə onun izini görmək mümükün idi. Sanki hakimiyyət zirvəsində bir-birini əvəz edən krallar ölkəni təkbaşına idarəetməkdən çəkinərək onu ruhanilərlə bölüşmüşdülər. Din və dövlətin bir-birindən fərqlənmədiyi cəmiyyətlərin başına nə gəldikləri tarixdən hamıya məlumdur. Dindarların hakimiyyətdən uzaqlaşdırma cəhdləri, yaxud dindarların əlindən hakimiyyəti almaq təşəbbüsləri də nə ilə nəticəlnməsi heç arzuedilən deyil. Krallığın özündə belə bu missiyanı həyata keçirmək istəyən şahzadələrin faciəli sonluğu haqqında yetərli misallar mövcuddur. Son dövrlərdə orada həyat keçirilən həm daxili həmdə xarici siyasət bu MBS-in nəhəng planınının tərkib hissəsidir desək yanılmarıq. Gənc Vələhdin bu planın həyata keçirilməsində nə qədər müvəffəq olacağını isə gələcək göstərəcək”.

Bu xəbər oxundu
- - -