Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Danışıqlar nəticəsiz olacaq”

12.01.18, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcü ekspertlər: “Abxaziya, Cənubi Osetiya yolunun açılması üçün öncə ilkin dövlət sərhəd və gömrük məntəqələri müəyyən edilməlidir”

Gürcüstan ilə Rusiya Federasiyası arasında yük daşınmalarının alternativi olaraq işğal olunmuş Abxaziya və Cənubi Osetiya istiqamətində həyata keçirilməsi ilə bağlı danışıqlar Gürcüstan cəmiyyətində və mətbuatda geniş müzakirələrə səbəb olub.
Son zamanlar Gürcüstan KİV-lərində ekspertlərin müxtəlif fikirlərinə geniş yer verilir.
KİV-lərdə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin dekabrın 22-də parlamentdəki çıxışından sitat gətirilir, hökumət başçısının İsveçrənin SGS şirkəti ilə Gürcüstan arasında yüklərin daşınmasının monitorinqinə dair imzanlanmış müqavilədən bəhs olunur. Baş nazirin bu müqavilənin şərtlərinin heç bir müddəasının Gürcüstanın maraqlarına zidd olmadığını bildirməsi, yolun yalnız fors major vəziyyətdə Tsixinvali regionu istiqamətində işə düşəcəyini, bu dəhliz vasitəsilə Türkiyə, Ermənistan və digər ölkələrin istifadə edə biləcəyini qeyd etməsi də birmənalı qarşılanmayıb.
Mətbuat yazır ki, baş nazirin fikirlərinə baxmayaraq, Rusiya tərəfi hələ də İsveçrənin SGS şirkəti ilə eyni məzmunlu müqaviləni imzalamayıb. Gürcüstanın SGS şirkəti ilə imzaladığı müqavilədə yüklərin hansı istiqamətdə daşınacağı da qeyd olunmayıb və buna guya, Gürcüstan hökuməti qərar verəcək.
Nüfuzlu www.novost.ge portalında baş nazirin ifadəsindən fərqli olaraq, dəhlizin iki istiqamətdə - Abxaziya və Tsixinvali istiqamətində işə düşəcəyi qeyd olunmuş və iki ölkənin gömrük qanunvericiliklərinə uyğun olaraq monitorinq məntəqələrinin Rusiya tərəfdən Soçi və Vladiqafqazda, Gürcüstan tərəfdən isə Qori və Zuqdidi rayonlarında qurulacağı bildirilir. SGS şirkətinin həmin məntəqələr vasitəsilə yüklərin qeydiyyatını və daşınmasının monitorinqini həyata keçircəyi qeyd olunur.
Mətbuat yazır ki, bəzi ekspertlər iki gün öncə Rusiya ilə Gürcüstan arasında gürcü sürücülərə viza rəsmiləşdirilməsinin asanlaşdırılması ilə bağlı imzalanmış müqaviləni əsas gətirərək, Rusiyanın Gürcüstanla ticarət əlaqələrinin bərpa etməkdə, eləcə də Ermənistan və digər ölkələrlə bu koridorlar vasitəsilə ticarət dövriyyəsini artırmaqda maraqlı olduğunu qeyd edirlər. Eyni zamanda, Rusiyanın yaxın zamanlarda İsveçrənin SGS şirkəti ilə həmin müqaviləni imzalayacağını, yaradılacaq monitorinq məntəqələri vasitəsilə yüklərin sərbəst daşınmasının, qeydiyyatının həyata keçiriləcəyini bildirirlər.
Digər ekspertlər isə sözügedən mexanizmi müsbət qiymətləndirsələr də, onun işə salınması üçün əvvəlcə ilkin dövlət sərhəd və gömrük məntəqələrinin müəyyən edilməsinin zəruri olduğunu bildirirlər. Bunun avtomatik olaraq dövlət sərhədlərin tanınması anlamına gələcəyini qeyd edərək, Rusiya və Gürcüstanın bu məsələdə bir-birlərinə güzəştə getməyəcəyini xüsusi vurğulayırlar. Bu baxımdan, mövcud mexanizmin işə düşməyəcəyini və bu istiqamətdə gedən danışıqların nəticəsiz olacağını bildirirlər.

Bu xəbər oxundu
- - -