Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan Prezidentinin Davos Forumunda iştirak edəcəyinə ümid edirik“

12.01.18, 14:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycanda 20-dən çox İsveçrə şirkəti var və onlar aktiv fəaliyyət göstərirlər".
Bunu mətbuat konfransında İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder deyib.
"Keçən il diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Bu münasibətlər yüksək səviyyədədir. Həmçinin beynəlxalq maliyyə qurumları çərçivəsində sıx münasibətlərimiz formalaşıb", - səfir bildirib.
O əlavə edib ki, səfirlik Azərbaycanla İsveçrə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün çalışır.
Filip Ştalder ölkələr arasında ticarət dövriyyəsinin, təxminən, 200 milyon dollar olduğunu qeyd edib. Diplomatın sözlərinə görə, 2017-ci ildə bu göstərici nisbətən azalıb, lakin o, ticarət dövriyyəsinin gələcəkdə artacağına ümidvar olduğunu bildirib.
İsveçrə səfiri bu il yanvarın 23-26-da keçiriləcək illik Davos Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin də iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb.
"Davos Forumunun işində dövlət başçılarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bağlı böyük ümidlərimiz var. Keçmiş illərdə dövlət başçıları Davosda görüşüblər, hesab edirəm ki, bu il onlar yenə görüşəcəklər", - Filip Ştalder bildirib.
Səfir deyib ki, yay aylarında İsveçrənin bir sıra rəsmilərinin Azərbaycana səfərləri planlaşdırılır.

Bu xəbər oxundu
- - -