Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məmmədyarov və Nalbandyan Krakovda görüşəcək

16.01.18, 13:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Pol Qobl: "XİN rəhbərlərinin görüşü münaqişənin nizamlanmasına əhəmiyyətli irəliləyiş gətirməyəcək"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Bu barədə “Xalq Cəbhəsi” qəzetinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Görüşlə bağlı həmsədr ölkələrin tanınmış ekspertlərinin fikirləri də maraq doğurur.
Rusiyalı politoloq Aleksandr Skakov hesab edir ki, Moskva və Vaşinqton hazırda intensiv şəkildə Qarabağ münaqişəsi ilə məşğul olmur.
Onun fikrincə Rusiya və ABŞ hazırda intensiv şəkildə Qarabağ münaqişəsi ilə məşğul olmur. Məhz bu səbbədən də münaqişə nizamlanmır və sərhəddə itgilər qeydə alınır: "Nə növbəti görüşdən, nə də ümumilikdə nazirlər formatında keçirilən görüşlərdən böyük gözləntilər olmamalıdır".
ABŞ-ın Sovet İttifaqı millətləri üzrə keçmiş müşaviri, tanınmış amerikalı politoloq Pol Qoblun qənaətinə görə, Məmmədyarov-Nalbandyan görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əhəmiyyətli irəliləyiş gətirməyəcək.
Amerikalı diplomat, vasitəçilərin Dağlıq Qarabağda mexanizmlərin tətbiqi məsələsində razılıq əldə edəcəkləri təqdirdə, bunun ilin ən böyük nailiyyət olacağını bildirib: "Böyük ehtimalla, görüş hər hansı bir irəliləyişlə başa çatmayacaq. İrəliləyiş üçün heç bir ön şərtlər yoxdur. Əgər vasitəçilər Dağlıq Qarabağda mexanizmlərin tətbiqi məsələsində razılıq əldə etsələr, bu ilin ən böyük nailiyyət olacaq, daha artığını gözləmək məntiqssizlikdir".

Bu xəbər oxundu
- - -