Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çapdan çıxıb

17.01.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin mətbəəsində nəfis tərtibatla çapdan çıxıb. Oxuculara jurnalın “Nobel kürsüsü” bölümündə yapon mənşəli İngiltərə yazıçısı Kazuo İşiquronun “O günlərdən qalanlar” romanı təqdim olunur. Yazıçı bu romanına görə 1989-cu ildə Buker mükafatı alıb. O, həm də ötən ilin oktyabrın 5-də İsveç Akademiyasının ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Jurnalın budəfəki nömrəsində “Azərbaycan ədəbiyyatı” bölməsində Ələkbər Salahzadənin, “Türk poeziyası” bölməsində Edip Cansevər, Cahit Zerifoğlu, Cemal Süreya, Ece Ayhan və Can Yücelin, “Rus poeziyası” bölməsində Anna Axmatovanın şeirləri, “Ukrayna ədəbiyyatı” bölməsində Natali Kulişin hekayələri, “Roman” bölməsində isə Toni Morrisonun “Evə qayıdış” romanı yer alıb.
Oxucular “Hekayə” bölməsində Edqar Ponun hekayələri, “Gündəlik” bölməsində isə Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi, “Korifeylər” bölməsində Frans Kafka haqqında xatirələr və onun “Aclıq ustası” hekayəsi ilə tanış ola bilərlər. Jurnalda, həmçinin “Esse” bölməsində Yukio Misimanın “Günəş və polad” essesi, “Teatr” bölməsində Martin Makdonaxın “Spokanlı təkqol” pyesi və digər maraqlı yazılar təqdim edilib. Jurnalın baş redaktoru Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsuddur.

Bu xəbər oxundu
- - -