Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qara Qarayev musiqisi Amerika radiosunun efirində...

17.01.18, 11:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə töhfə olan maraqlı layihələrdən biri ABŞ-da reallaşacaq. Bu barədə ABŞ-da yaşayan həmyerlimiz, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq məlumat verib. Onun sözlərinə görə, Amerika İctimai Mediası Radiosunun dünya orqan musiqisinə həsr olunmuş “Pipedreams” proqramının baş icraçısı Michael Baronun təşəbbüsü ilə yanvarın 21-də bu proqramda ilk dəfə olaraq Qara Qarayevin əsərləri səslənəcək.
Qeyd edək ki, radionun efirində Cəmilə Cavadova-Spitsberqin Niderlandın Rottendam şəhərindəki St.Laurens kilsəsində yazdırdığı “Qara Qarayev: orqan üçün köçürmələr” musiqi albomundan (CD) çıxarışlar səslənəcək. Bu çıxarışlar artıq radionun internet səhifəsində yerləşdirilib və musiqi həvəskarları tərəfindən hər zaman dinlənilə bilər. Qara Qarayev musiqisinin orqan alətində ifası üçün köçürmələrin müəllifi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovadır. Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş disk ötən il fevral ayında ictimaiyyətə təqdim olunub.

Bu xəbər oxundu
- - -