Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycandan əla təklif almışam”

17.01.18, 12:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Artıq neçə vaxtdı Bosniya və Herseqovinanın bir neçə klubu ilə danışıqlar aparıram. Amma Azərbaycan və Qazaxıstandan iki əla təklif almışam”. Bu sözləri bosniya və herseqovinalı futbolçu Edin Rustemoviç deyib. Azərbaycandan təklif aldığını iddia edən 25 yaşlı yarımmüdafiəçi həmin klubun adını açıqlamağı lazım bilməyib: “Bu təkliflər mənim üçün çox cəlbedicidi. Həftənin sonunadək karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəm. Seçim etmək çətin olacaq. Amma ölkə xaricinə üz tutacağım daha real görünür”.
Qeyd edək ki, Almaniyada anadan olan bosniyalı futbolçu əvvəllər “Drina”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), OFK, “Sinceliç” (hər ikisi Serbiya) klublarında çıxış edib. 2017-ci ilin yayında “Adana Demirspor”a keçən yarımmüdafiəçi Türkiyə klubunda möhkəmlənməkdə çətinlik çəkib. I liqada cəmi 2 oyun keçirən futbolçu oktyabrdan klubsuzdu.

Bu xəbər oxundu
- - -