Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Diplomatiya Qarabağ münaqişəsində yeni gərginliyin qarşısını ala bilər

17.01.18, 14:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bu həftə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçiriləcək görüşdə, çox güman ki, təhlükəsizlik məsələlərinə, o cümlədən Dağlıq Qarabağda beynəlxalq müşahidəçilərin sayına diqqət yetiriləcək".
Bu, Avropa və Mərkəzi Asiya üzrə Beynəlxalq Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrononun "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində deyilir.
Onun fikrincə, hər iki ölkənin xarici işlər nazirləri gələcək nizamlama prosesinin ən əhəmiyyətli siyasi aspektlərini nəzərdən keçirməsələr, sülh prosesi ilə bağlı məyusluq artacaq: "Diplomatiyanın, ən pis halda, regional yanğının səbəb olacağı yeni gərginliyin qarşısını ala biləcəyinə dair ümid var".
Məqalədə deyilir ki, qarşılıqlı güzəştlərə əsaslanan gələcək nizamlanma prosesinin siyasi aspektləri beynəlxalq təhlükəsizlik tədbirləri yolu ilə həll olunmalıdır.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü yanvarın 18-də Polşanın Krakov şəhərində keçiriləcək.

Bu xəbər oxundu
- - -