Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək

19.01.18, 11:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncədəki baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək.
Bu barədə “Xalq Cəbhəsi” qəzetinə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı əsla unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, - deyə açıqlamada bildirilir.

Bu xəbər oxundu
- - -