Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib

19.01.18, 14:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.
Dövlətimizin başçısı Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistan vətəndaşlarının faciəli şəkildə həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib.
Prezident İlham Əliyev baş vermiş hadisə ilə əlaqədar Prezident Şavkat Mirziyoyevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Bu xəbər oxundu
- - -