Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığının tarixi ilə bağlı tədqiqatlar

23.01.18, 11:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elm xadimləri qarşısında duran vəzifələrdən biri də ermənilərin sərsəm torpaq iddialarının əsassız olduğunu elmi faktlarla isbat etməkdir

2-ci yazı

Azərbaycan xanlıqları tarixinin görkəmli tədqiqatçılarından biri də H.B. Abdullayev olub. Onun əsərləri əsasən Quba xanlığının tarixinə həsr olunsa da, müəllif bütövlükdə Azərbaycan xanlıqlanının, o cümlədən Qarabağ xanlığının sosial-iqtisadi və dövlət quruluşuna da müəyyən yer ayırıb. Ayrı-ayrı xanlıqların tarixinə həsr olunmuş əsərlərdə həmin xanlıqların sosial-iqtisadi və sosial-siyasi quruluşu tədqiq olunub və bunun da mövzunun öyrənilməsi üçün mühüm didaktik əhəmiyyəti var.
Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, H.Ə.Dəlilinin və N.Mustafayevanın Cənubi Azərbaycan xanlıqlarınä həsr olunmuş əsərlərində həmin xanlıqlarının sosial-iqtisadi və sosial-siyasi həyatı ilə bağlı irəli sürülən mülahizələr də Qarabağ xanlığında oxşar münasibətlərin anlaşılmasına yardım edir. C.M.Mustafayevin Azərbaycan xanlıqlarında sənətkarlığın vəziyyətinə həsr olunmuş əsərlərində yeri gəldikcə Qarabağ xanlığında sənətkarlığın vəziyyətinə toxunulur.
Müəllifin məqaləsində Şuşa şəhərinin salınma tarixi ilə bağlı maraqlı və əsaslandırılmış mülahizələr irəli sürülüb. Şuşa şəhərinin salınması və quruluşu haqqında maraqlı məlumatlar A.Salamzadə, E.Avalov, R.Salayevlə birgə hazırladıqları kitabda da yer alıb: "Burada Şuşa şəhərinin yaranma tarixi araşdırılır. Müəlliflər şəhərin bir çox tarixi tikililəri haqqında vacib məlumatlar verir, onların şəkil və sxemlərini göstərir. Şəhərin qədim hissəsinin tarixi görkəminin bərpa olunması ilə bağlı təkliflər də maraq doğurur.
Mövzu ilə bağlı əsərlər sırasında ak. İ.Əliyevin «Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr» əsəri qeyd olunmalıdır. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq bu kitabda Qarabağ xanlığının Azərbaycan dövləti olması təsbit edilir, onun ermənilərə heç bir aidiyyəti olmaması vurğulanır. Dağlıq Qarabağın tarixi keçmişinə qısa formada nəzər salan müəllif erməni «tədqiqatçıları»nın bütün uydurmalarma tutarlı faktlarla cavab verir və bununla Qarabağın əzəli Azərbaycan torpağı olmasını bir daha təsdiqləyir. Kitabda xanlığın sosial-iqtisadi quruluşu barədə cüzi məlumat olsa da, xanlıqda mövcud olmuş sosial-siyasi əlaqələr haqqında müəyyən məlumat mövcuddur.
Son dövrlərdə Qarabağ xanlığının tarixinə həsr olunmuş əsərlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasınm Arxeologiya və Etnoqrafıya İnstitutunda çapa hazırlanmış «Qarabağ» adlı məqalələr toplusu xüsusi qeyd olunmalıdır. Görkəmli tarixçi, arxeoloq, etnoqraf alimlərin məqalələrindən ibarət olan bu toplu təkcə nəfıs tərtibatı ilə deyil, yüksək elmi səviyyəsi ilə də seçilir. Məqalələrdə xronoloji ardıcıllıqla Qarabağın dünəni və bu günü təsvir edilir, zəngin faktik material əsasında ermənilərin işğalçı siyasəti, onların heç bir tarixi əsası olmayan torpaq iddiaları əyani surətdə göstərilir. Monoqrafıya üzərində iş zamanı topluya daxil olan məqalələrin hamısına diqqət yetirilib, lakin tədqiqatda F.Əliyevin «Qarabağ xanlığı (XVIII əsr)» adlı məqaləsinə üstünlük verilib. Məqalədə müəllif əsas diqqəti siyasi hadisələrin gedişinə yönəltsə də, xanlıqda mövcud olmuş sosial- iqtisadi və sosial-siyasi məsələlərə, o cümlədən xanlıqda idarəetmə aparatının qurulmasına müəyyən yer verib. Qarabağın memarlıq abidələri, burada mövcud olmuş sənət növləri, mədəniyyətin inkişaf səviyyəsinə həsr olunmuş məqalələr də tədqiqat baxımından önəmlidir: "2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu «Qarabağ: Kürəkçay müqaviləsi - 200» adlı məqalələr toplusunu nəşr edib. Adından göründüyü kimi, toplu əsasən Qarabağ xanlığını Rusiya imperiyasına birləşdirmiş məlum Kürəkçay müqaviləsinə həsr olunub. Bununla belə, tərtibçilər məqalələri xronoloji ardıcıllığı nəzərə alınmaqla toplayıb, nəticədə təkcə müqavilə deyil, Qarabağın ən qədim keçmişindən 1805-ci ilədək olan tarixi nəzərdən keçirilib. Qeyd etmək lazımdır ki, bu topluda Qarabağın xanlıq dövrünə önəıiıli yer ayrılmış və ayrı-ayrı məqalələrdə məliklər, onların Qarabağ xanlarma olan münasibətləri, habelə xanlığın inzibati quruluşu və dini-etnik tərkibi, Şuşa şəhərinin yaranma tarixi, eləcə də problemlə bağlı olan bir sıra mənbələr haqqında müfəssəl məlumat verilib: "Həm arxeologiya və Etnoqrafiya, həm də Tarix institutlarının nəşr etdikləri toplulara nəzər yetirdikdə bir müsbət xüsusiyyət dərhal diqqəti cəlb edir: məqalələr zəngin, nəfis illüstrasiya və fotoşəkillərlə tamamlanıb. Məhz buna görə topluların hər bir məlumatı bu əlavələrlə daha aydın və əyani şəkildə qavranılır.
Ə.Qubaydulin, F.Əliyev, F.Ağamalı, T.Mustafazadə, M.Gülmalıyev, M.Abdullayev, A.Novoseltsev və başqalarının əsərlərində də Qarabağ xanlığının tarixinin müəyyən aspektlərinə toxunulub. Yeddicildlik Azərbaycan tarixinin III cildində Azərbaycanda xanlıqların yaranmasının tarixi şəraiti haqqında qısa da olsa, xanlıqların siyasi-iqtisadi, mədəni həyatına dair ümumiləşdirilmiş material var”.
Qarabağ xanlığının sosial-iqtisadi və sosial-siyasi quruluşunu öyrənmək üçün hər hansı bir tarixi problemin tədqiqində olduğu kimi, ilk mənbələrin müstəsna əhəmiyyəti var. Bütövlükdə xanlıqların, o cümlədən Qarabağ xanlığının sosial-iqtisadi və siyasi tarixinə aid məlumatlar çox az və səpələnmiş vəziyyətdədir: "Bilavaşitə xanlıqlar dövründə əhalinin təsərrüfat fəaliyyəti və sosial-siyasi münasibətləri haqqında müfəssəl məlumat verən mənbələr yoxdur. Lakin təsərrüfat fəaliyyətinin səviyyəsinin yüzillər ərzində tədricən dəyişdiyini nəzərə alaraq xanlığın yaranması ərəfəsində və ləğvindən dərhal sonra tərtib olunmuş sənədlərdən istifadə etmək mümkündür. Bu səpkidə olan materiallardan danışarkən ilk növbədə «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ni qeyd etmək lazımdır. Məlumdur ki, 1722-ci ildə əfqanların Səfəvi dövlətinin mərkəzi hissəsini işğal etməsindən istifadə edən Rusiya və Osmanlı dövlətləri Azərbaycanı müvəqqəti olaraq öz aralarında bölüşdürmüşdülər. Azərbaycan ərazisinin çox hissəsi, o cümlədən sonralar Qarabağ xanlığını təşkil etmiş ərazi Osmanlı dövlətinin idarəçiliyinə keçmişdi. Osmanlılar vergi toplanmasını nizama salmaq üçün bölgənin əhalisini təsərrüfat subyektlərini siyahıya almışdılar. Məhz həmin tarixi dönəmdə, daha doğrusu, 1728-ci ildə «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» tərtib olunub. Tədqiqatçı H.Məmmədov bu qiymətli mənbəni ərəb qrafikasmdan latın qrafikasına çevirərək 2000-ci ildə nəşr etdirib. Digər mötəbər mənbələrin azlığmı nəzərə alaraq xanlığın təsərrüfat həyatı haqqmda təsəvvür əldə etmək üçün «Müfəssəl dəftər»ə müraciət etmək vacibdir. Bu sənəddə xanlıqların yaranması ərəfəsində Qarabağ əyalətinin inzibati-ərazi vahidləri, kənd, məzrəə (boşalmış kənd), yaylaq-qışlaq tipli yaşayış məskənlərinin sayı haqqında, əhalinin etnik-dini tərkibi, məşğulluğu, mövcud vergi sistemi, vergilərin miqdarı haqqında dəqiq məlumatlar var.
Qarabağ xanlığında sosial-iqtisadi münasibətləri öyrənmək üçün ən mühüm mənbələrdən biri də 1823-cü il təsvirləridir. Qarabağda xanlıq ləğv edilən kimi Qafqazdakı rus qoşunlarının komandanı, general A.Yermolovun göstərişi ilə həqiqi dövlət müşaviri Mogilevski və Gürcüstan qrenader polkunun komandanı, polkovnik II Yermolov Qarabağm əhalisinin saymı və gəlirlərini əks etdirən 35 cədvəl tərtib ediblər. Sonralar daha iki əlavə xüsusi cədvəl də tərtib olunub. Cədvəl tərtibçiləri etiraf edirlər ki, onlar Qarabağ əhalisinin sayını düz hesablaya bilməyiblər, çünki onlar hesablamalarında ancaq mahal bəyləri və kəndxudalarm şifahi cavablarma əsaslanıblar. Onların gümanma görə, vergilərdən yayınmaq üçün bu şəxslər xeyli adamın admı gizlədiblər. Tərtibçilərin fıkrincə, Qarabağın kameral təsviri həyata keçirilərdisə, əhalinin sayı ən azı 30% artardı. Əgər kəndxuda və yüzbaşıların, mahal naiblərinin çoxunun müsəlman-azərbaycanlı olduğunu nəzərə alsaq, inamla deyə bilərik ki, adı siyahıya salınmayan şəxslərin çoxu məhz müsəlmanlar (Azərbaycan türkləri – red.) olub. Demək, müsəlmanlar (Azərbaycan türkləri – red.) «Təsvir»dən də göründüyü kimi, Qarabağ əhalisinin 80%-ni deyil, daha çox hissəsini təşkil ediblər.
Qarabağ xanlığının tarixini öyrənmək üçün XIX əsrin 30-cu illərinin birinci yarısında rus məmuru Dmitri Zubaryevin yazdığı və «Qafqazarxası rus mülklərinin təsviri»nin 3-cü hissəsində nəşr olunmuş «Qarabağ əyaləti» adlı məqalə çox böyük əhəmiyyətə malikdir. Bilavasitə xanlıq dövrünə aid statistik materiallar az olduğundan xanlığının iqtisadiyyatı haqqında təsəvvür əldə etmək üçün həmin məqalədə verilmiş fakt və rəqəmlərdən istifadə etmək mümkündür. Xanlıqda sosial-iqtisadi münasibətləri və dövlət quruluşunu öyrənmək üçün arxiv materialları ilə bərabər, çap edilmiş mənbələrdən də geniş istifadə olunub. Belə mənbələr arasında öz əhəmiyyətinə və həcminə görə Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı və nəşr etdiyi sənədlər (aktlar) mühüm yer tutur.
Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -