Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Davos iqtisadi forumunda siyasi məsələlər də müzakirə edilir”

24.01.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fikrət Sadıqov: “Dünya liderləri toplaşaraq vacib məsələlər barədə fikir mübadiləsi aparırlar”

İsveçrədə keçirilən Davos İqtisadi Forumuna qatılan prezident İlham Əliyev bir sıra vacib görüşlər keçirib.
Politoloq Fikrət Sadıqov deyib ki, Davos İqtisadi Forumunda dünya liderləri toplaşaraq vacib məsələlər barədə fikir mübadiləsi aparır: “Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadiyyatı haqqında şərhlər verir, həmçinin təhlillər edir”.
O qeyd edib ki, prezident forumda aktiv fəaliyyət göstərir və Azərbaycan reallıqlarını üzə çıxarır. Politoloq vurğulayıb ki, Davos iqtisadi forum adlandırılsa da, orada siyasi məsələlər də müzakirə edilir: “Dövlət başçısı İlham Əliyev ümumi iclaslarda, təktəbək görüşlərdə və eləcə də dəyirmi masalarda Azərbaycanın siyasi durumu, iqtisadiyyatı, inkişafı , xarici siyasət prioritetlərini diqqətə çatdırır. Hesab edirəm ki, bu Azərbaycanın maraqlarına cavab verir. Nəticədə forumda iştirak edən beynəlxalq təşkilatların nümayəndələri bunu dərk edir və nəticələr çıxarır”.
Millət vəkili Eldəniz Səlimov deyib ki, Prezident İlham Əliyev Forumun Prezidenti ilə görüşüb ölkəmizin Dünya İqtisadi forumu ilə səmərəli əməkdaşlıq barədə söhbət aparıblar. Onun sözlərinə görə, sayca 48-ci olan forumun əsas mövzuları beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyatdır: “Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir. Bu forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır”.
Eldəniz Səlimov qeyd edib ki, həmişə ölkə başçısı Dünya İqtisadi Forumundan uğurlu nəticələrlə qayıdır, bu səfərdə uğurlu səfər olacaqdır. Ölkəmizin inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerdə olması qürurvericidir. Bu ölkə başçısının apardığı uğurlu islahatların nəticəsində mümkün olub. Bu uğurlar bu ildə davam edəcək daha yüksək nəticələr əldə olunacaqdır.
İqtisadçı ekspert Emin Əliyev isə deyib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak və çıxış etməsi bir tərəfdən Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığını, digər tərəfdən isə bizim ölkənin dünyada baş verən iqtisadi və geostrateji prosseslərin müzakirəsində iştirak etməsi imkanını yaradır. Onun sözlərinə görə, forumun işində siyasət və biznes nümayəndələri təqribən iştirakçılarının 50/50 nisbətində olduqları üçün və iri biznes qruplarının tədbirə qatıldıqları üçün Forum Azərbaycana xarici investisiyaların cəlb olunması baxımındam da çox önəmli məkandır. Ekspert bildirib ki, 2018-ci ildə Davos Forumunun əsas mövzusunun dünyadakı sosial-iqtisadi və siyasi problemlərinin yaranması səbəblərinin və effektiv həll yolların tapılmasına həsr olunduğundan bu arada dünyada iqtisadi inkişaf templərinin aşağı düşməsi, gəlirlərin azalması kimi məsələlər də gündəmdədir: "Məhz buna görə dünyanın aparıcı siyasətçiləri və iqtisadçıları bu Forumda yeni inkişaf imkanları modellərinin tətbiqi, mövcud iş yerlərinin qorunub saxlanması və gəlirlərin diversifikasiyası və artırılması istiqamətində də danışıqlar aparırlar. Neft məhsullarının qiymətlərinin kəskin şəkildə düşməsi, hələ də aşağı səviyyədə olması və yüksələn trenddə bərqərar olmaması dünyanın bir çox ölkələrində yeni reallıqlar yaratıb. Bu prosesin mənfi təsirini həm neft məhsullarını idxal edən ölkələr, həm də, nə gədər təəccüblü olsa da, neft məhsullarını ixrac edən ölkələr də hiss etdi. Düşünürəm, bu mövzu ən maraqlı diskussiya mənbəyi olacaq". Davos Forumu Dünyaya ən vacib tədbirlərdən biri olduğunu deyən E. Əliyev söyləyib ki, burada müzakirə olunan mövzular, bu müzakirələrin nəticəsi dünyada baş verən geosiyasi və iqtisadi proseslərə təsir edir, gələcək inkişaf strategiyasının formalaşması üçün əhəmiyyətlidir.

Əli

Bu xəbər oxundu
- - -