Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Özünüməşğulluq proqramı ilə bağlı mərkəzləşdirilmiş informasiya bazası yaradılacaq

24.01.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bu ilin yanvarın 1-dən "İşsizlikdən sığorta haqqında" qanun qüvvəyə minib və həmin qanunun tətbiqi ilə əlaqədar İşsizlikdən Sığorta Fonduna təqribən 89 milyon manatın yığılacağı gözlənilir". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, həmin vəsaitin 35,8 mln. manatının özünüməşğulluq proqramlarına sərf olunacağı nəzərdə tutulur. "Bu isə təqribən 7 minə yaxın ailənin 2018-ci il ərzində özünüməşğulluq proqramlarında iştirakı deməkdir. Hazırda bu proqrama cəlb olunacaq ailələrin müəyyənləşdirilməsi ilə bağlı ayrı-ayrı rayonlar üzrə bölgü hazırlanır. Beynəlxalq Əmək Təşkilatının təlimçilər korpusunun bizə müvafiq köməklik etməsi üçün onlarla danışıqlar aparılır. Özünüməşğulluq proqramlarının iştirakçıları həm ünvanlı sosial yardım alan ailələr, həm yerli rayon məşğulluq mərkəzlərində işaxtaran və işsiz kimi növbəyə götürülmüş şəxslər arasından seçiləcək. Onlar üçün müvafiq təlimlər keçiriləcək və bundan sonra onların müvafiq aktivlərlə təmin olunma prosesi icra olunacaq. Özünüməşğulluq proqramına cəlb olunan ailələr 1 il ərzində bizim məşğulluq mərkəzləri tərəfindən monitorinq altında olacaqlar və biz onların mərkəzləşdirilmiş informasiya bazasını yaradacağıq. ABAD xidmətə də təqdim edəcəyik ki, məşğulların satışı problemi ortaya çıxarsa, bu problemi ABAD xidmət dərhal yerində həll etsin”, - deyə S.Müslümov vurğulayıb.

Bu xəbər oxundu
- - -