Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiyaya qarşı sanksiyalar digər ölkələrin şirkətlərinə toxuna bilər”

30.01.18, 11:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib. “Yeni sanksiyalar tətbiq edildiyi halda məhdudlaşdırıcı tədbirlər həmçinin Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əlaqəli digər ölkələrin şirkətlərini də əhatə edəcək”,- məlumatda vurğulanıb. Dövlət Departamentində bildiriblər ki, bununla bağlı Rusiya ilə ticarət əlaqəsi olan hökumət və şirkətlər artıq məlumatlandırılıb.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların detallarına dair Konqresə məxfi sənəd göndərib.

Bu xəbər oxundu
- - -