Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pənahəli xan Qarabağ məlikliklərini necə birləşdirdi?

30.01.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmalarında vurğulanır ki, 1749-50-ci illər arasında Pənahəli xan Gəncəyə hücum edib şəhərin bir hissəsini tutdu. Gəncəli Şahverdi xan şəkili Hacı Çələbi xanı və carlıları köməyə çağırdı. Lakin Pənahəli xan onlarla sövdələşib geri qayıtmalarma nail oldu. Çıxılmaz vəziyyətdə qalan Şahverdi xan gürcü çarları I Teymuraz və II İrakliyə müraciət etdi. Qarabağ xanının Gəncəni tutduqdan sonra gürcülərin zəbt etdikləri Qazax və Borçalını tələb edəcəyindən narahat olan çarlar Şahverdi xanın yardımına gəldilər. Vəziyyətin gərginləşdiyini görən Pənahəli xan Şahverdi xandan 450 tümən bac alıb geri döndü: "Özündən qat-qat güclü düşmənlər üzərində qələbə çalması Pənahəli xanın şöhrətini və nüfuzunu artırdı. Bundan sonra Pənahəli xan Xəmsə məliklərinin bölüşdürücülük fəaliyyətinə qarşı mübarizəyə başladı. Məliklərdən biri - Şahnəzər öz əmisi Hüsünü öldürüb hakimiyyətə keçdiyinə görə digər məliklərlə ədavətdə idi. Onlar Şahnəzəri məlik kimi tanımaq istəmədilər və birləşib Vərəndəyə basqın etdilər, lakin Şahnəzərə qalib gələ bilmədilər. Qış düşdüyü üçün məliklər öz mülklərinə çəkilib yazda basqın təkrar etmək qərarına gəldilər. Pənahəli xan Şahnəzərlə əlaqə yaratdı. Şahnəzər xoşluqla Pənahəli xanın hakimiyyətini qəbul etdi və hətta öz qızı Hürizadı xanın oğlu İbrahim xəlil ağaya verdi. Xaçın məliyini aradan götürmək üçün Pənahəli xan Xındırıstan kəndxudası Mirzəxanı çağırıb bildirdi ki, əgər o, Xaçın məliki Allahverdini tutub onlara təhvil versə, əvəzində özü məlik rütbəsi ala bilər. Mirzəxan belə də etdi. Beləliklə Xaçın məlikliyi də Qarabağ xanından asılı vəziyyətə düşdü".
Digər məlumatlara görə isə Xaçın məliki Ulubab Ballıca oymağı yanında qızğın müqavimət göstərdikdən sonra oğlanları ilə birlikdə qılıncdan keçirildi. Dizaq məliyi Yeqan da öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərmiş, lakin onların bir hissəsi qırılmış, bir hissəsi isə İslam dinini qəbul etmişdi. Çiləbörd məliyi Allahqulu Pənahəli xanın təbəəliyini qəbul etdi: "Lakin bir müddət sonra yeni Çiləbörd məliyi Hətəm Talışda hakimiyyəti ələ keçirmiş məlik Usubla ittifaqa girərək Pənahəli xana qarşı mübarizəyə başladı. Son nəticədə onlar məğlubiyyətə uğrayıb Gəncə xanlığına qaçdılar və 7 il Şəmkir mahalında yaşadılar. Yalnız Qarabağ xanına itaət göstərdiklərini bildirdikdən sonra onlara geri qayıtmaq icazəsi verildi.
Bayat savaşı göstərdi ki, xanlığa daha etibarlı qala lazımdır. Bayatın strateji mövqeyi zəif, iqlimi isti olduğundan burada uzun müddətə böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Təməkütdə «Şahbulaq» adı ilə tanınan qala inşa etdirdi. Mirzə Adıgözəl bəyin yazdığına görə, Şahbulaq qalası 1165-ci hicri ilində (20 noyabr 1751-ci il - 7 noyabr 1752-ci ildə) tikilib. Yeni iqamətgaha köçən Pənahəli xan Bayat qalasınm dağıdılması barədə göstəriş verdi".
Mir Mehdi Xəzani Pənahəli xanın 4-5 il Bayat qalasında iqamət etdiyini yazır. O, xan iqamətgahının köçürülməsinin səbəbini izah edərək yazır ki, Bayat qalası aranda yerləşdiyinə görə yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köçdüyündən «zərurət olanda onlara əl yetişmir»di. A.Bakıxanov yazır ki, «Şahbulaq» adlı yerdə vaxtilə I Şah Abbas qışlamışdı.
Xəmsə məlikləri sakitləşdikcə ətrafdakı elatların bir hissəsi xoşluqla, digər hissəsi isə zor gücünə xanın hakimiyyətini qəbul etdilər. Bundan sonra Qarabağ xanı öz hakimiyyətini ətrafa yaymağa başladı. O, Gəncə, Qaradağ, Ərdəbil və Naxçıvan xanlarını öz təsiri altına aldı, mülklərini cənub-şərqə və cənub-qərbə tərəf genişləndirərək Tatev, Sisyan, Qafan, Mehri mahallarım özünə tabe etdi.
Mirzə Adıgözəl bəy bu barədə belə yazır: «Pənahəli xan Mehri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyindən, Kolanıların məskəni olub Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin körpüsündən Kürək çayına qədər olan yerləri də öz əlinə keçirdi».
Salnaməçi yazır ki, Naxçıvan elindən olub bir minbaşıya tabe olan Kəngərli eli, Borçalıdakı Dəmirçihəsənlilərdən olub, bir minbaşıya tabe olan Dəmirçihəsənəli eli, yenə Borçalıdan olan Cinni tayfası da Qarabağa gəlib Pənahəli xanın himayəsinə sığınmışdılar. Mirzə Camal Qarabağ xanlığının sərhədlərini belə təsvir edir: «Xanlığın sərhədi cənubda Xudafərin körpüsündən Arazın Kürə töküldüyü yerə kimi, qərbdə Xudafərin körpüsündən şimala tərəf Küşbək, Salvartı və Ərikli adlı uca Qarabağ dağlarından keçərək Sınıq körpüyə qədər uzanır. Şərqdə Kürün Arazla qovuşduğu yerdən başlayıb üzüyuxarı davam edərək Gəncə xanlığı ilə sərhəd idi».
Rzaqulu bəy atası Mirzə Camalın məlumatını dəqiqləşdirərək yazırdı: «Qarabağın müəyyən edilmiş sərhədi cənub tərəfdən Araz çayı və şimal tərəfdən Gəncə sərhədində olan Kür çayıdır. Qarabağ vilayətinin eni bu iki çay arasındakı məsafədən ibarətdir. Xanlar dövründə ölçülüb hesablandığına görə 26 mildir (1 mil 7 verstdir). Şərq tərəfdən Cavad kəndi və Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzununu təşkil edən bu dağların boyu 39 mildir».
Beləliklə, tarixi mənbələri araşdıraraq belə nəticəyə gəlmək olar ki, Kiçik Qafqazın cənub-şərq çıxıntısında yerləşən Qarabağ xanlığı Azərbaycan ərazisinin mühüm əhəmiyyətli hissəsini əhatə edirdi: "Xanlıq şimal-qərbdə Kürəkçay və Qaraçay boyunca Gəncə xanlığı ilə, cənub-qərbdə Naxçıvan xanlığı ilə, qərbdə İrəvan xanlığı ilə həmsərhəd idi. Şimal-qərbdə Qarabağ xanlığı Kür çayı boyunca Şəki xanlığı ilə, daha sonra şərqdə yenə Kür çayı boyunca Şamaxı xanlığı ilə həmsərhəd idi. Cənubda xanlıq Qaradağ xanlığı və qismən Təbriz xanlığı ilə həmsərhəd idi. Qarabağ xanlığı ləğv edildikdən sonra onun yerində yaradılan Qarabağ əyalətinin ərazisinin 13 min kvadrat verst olduğunu nəzərə alsaq Qarabağ xanlığının ərazisinin də təxminən bu qədər olduğunu söyləmək olar".
Mir Mehdi Xəzani Qarabağ xanlığının sərhədinin cənubda Araz çayı ilə uzanaraq Xudafərin körpüsündən Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə kimi çatdığmı, şərqdən Kür çayı, şimaldan Gəncə xanlığı və Goran çayı ilə, qərbdən Qarabağ, Salvartı və Ərikli dağları ilə hüdudlandığını yazırdı. Mirzə Rəhim Fənanın yazdığına görə, xanlığının sərhədləri cənub tərəfdən mis mədənləri olan Qapan dağları boyunca şərqə - Araz çayınadək uzanır, oradan Araz boyunca şərqə doğru Araz ilə Kür çaylarınm qovuşuğuna, «Qalaqayın» adlı qəsəbəyə kimi uzanırdı. Oradan qərbə doğru Duzdağ yamacmda yerləşən Türyan çay adlı yerədək, sonra Gorandan Murovdağın ətəyindəki Molla Vələdli mülkünədək, oradan da Qara Çinar mülklərini əhatə edib üzüyuxarı cənuba tərəf dağın qarlı-buzlu yamaclara qədər davam edirdi və Araz çayına çatırdı.
A.Bakıxanov yazır ki, Pənahəli xan Xudafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşad mahalına qədər yerləri ələ keçirmiş, bundan əlavə Qaradağa aid Mehri və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutmuşdu; Pənahəli xan bəzən Ərdəbil və s. kimi qonşu xanlıqları da özünə tabe edirdi.
Tədqiqatçı E.Məmmədovanın fıkrincə, Qarabağ xanlığı şimal-qərbdə Kürəkçay və Qaraçay boyunca Gəncə xanlığı ilə, cənub-qərbdə Naxçıvan, qərbdə İrəvan, şim alda Şəki və Şamaxı, cənub-şərqdə Təbriz və Ərdəbil xanlıqları ilə (əslində isə Qarabağ xanlığı cənubda ilk növbədə Qaradağ xanlığı ilə - Z.H.) həmsərhəd idi. V.Piriyevin yazdığına görə, Qarabağ xanlığı Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Qarabağ xanlığının sərhədləri Qafqazdakı rus qoşunlarının baş komandanı, general Sisianovun çar I Aleksandra göndərdiyi 22 may 1805-ci il tarixli raportda daha dəqiq təsvir edilmişdi: "Raportda xanlığın Kür çayı boyunca Şəki və Şamaxı xanlıqları, Araz boyu Qaradağ və Naxçıvan xanlıqları, Göyçə gölü boyu İrəvan xanlığı və Goran çayı boyunca Yelizavetpol dairəsi (yəni Gəncə xanlığı) ilə həm sərhəd olduğu göstərilir. Qarabağ xanlığının qüdrətinin artdığı bir dövrdə İranda şah taxtı uğrunda mübarizə bütün kəskinliyi ilə davam etməkdə idi".
50-ci illərin ortalarında bu mübarizədə ən çox Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar, Urmiya xanı Fətəli xan Əfşar və Şiraz hakimi Kərim xan Zənd fərqlənirdi. Məlum idi ki, iddiaçılar Qarabağı da rahat buraxmayacaqdılar: "Qarabağ xanı Məhəmmədhəsən xan Qacardan daha çox ehtiyat edirdi. Çünki Pənahəli xan təsiri altında olan və bundan xilas olmaq istəyən Gəncə hakimi Şahverdi xan Ziyadoğlunun öz qohumu Məhəmmədhəsən xanı Qarabağa yürüşə təhrik edəcəyini gözləyirdi. Pənahəli xan Məhəmmədhəsən xan kimi qüdrətli düşmənin basqınına məruz qalmamaq məqsədi ilə daha möhkəm bir sığınacaq inşa etmək qərarma gəldi...”

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -