Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kreml hesabatı“nın mənası sıfırdır“

30.01.18, 14:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Hesab edirəm ki, "Kreml hesabatı"na düşməmək istefa vermək üçün bir bəhanədir".
Bunu Rusiya baş naziri Dmitri Medvedev belçikalı həmkarı ilə danışıqların yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirərkən deyib.
"Lakin, əlbəttə ki, biz belə etməyəcəyik. Bir siyahı çərçivəsində demək olar ki, bütün hakimiyyət orqanlarının komandası keçir. Bu komanda müəyyən dövrdə prezident Putin tərəfindən yığılıb. Bu siyahının mənası sıfırdır. Niyə? Ona görə ki, əgər biz belə bir siyahı hazırlasaydıq, bütün Tramp administrasiyasını, Nümayəndələr Palatasını, Senatın, Ali məhkəmənin, Baş prokurorun ofisinin nümayəndələrini ora daxil etsəydik, ABŞ-da nə baş verərdi? Heç nə baş verməzdi. Eləcə də bizdə heç nə baş verməyəcək. Həmin siyahının dövlət adamlarına aid olan hissəsinin mənası sıfıra bərabərdir. Belə siyahılar Rusiya-ABŞ münasibətlərini zəhərləyir", - deyə Medvedev qeyd edib.

Bu xəbər oxundu
- - -