Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Afrinin qərbində nəzarət tamamilə təmin edilib

31.01.18, 10:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsinfə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyatın keçirilməsi planlaşdırılır.
Türkiyə KİV xəbər verir ki, əməliyyat başlayacağı halda, Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Türkiyə Silahlı qüvvələri ilə birlikdə Afrinin PYD terror təşkilatından təmizlənməsində iştirak edəcək.
“Zeytin budağı” əməliyyatı çərçivəsində Burseya dağının terrorçulardan təmizlənməsindən sonra ikinci cəbhə olan Afrinin qərbindəki Cinderes və Şeyx Hədid bölgəsindəki təpələrdə nəzarət tamamilə təmin edilib. Terrorçuların uzun müddətdir müdafiə xətti quran Raco bölgəsində strateji əhəmiyyət daşıyan təpələrdə nəzarət ələ keçirilib.
Anadolunun şərqi və cənubi-şərqində xəndək əməliyyatlarında Türkiyə Silahlı qüvvələri ilə birlikdə böyük müvəffəqiyyət qazanan Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri sərhəd xəttinə göndərilib.

Bu xəbər oxundu
- - -