Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda İŞİD izi

31.01.18, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan milli təhlükəsizlik xidmətinin istintaq idarəsinin rəisi Mikayel Ambartsumyan istintaqı davam edən cinayət işləri barədə açıqlamalar verib.
O, Ermənistan müdafiə nazirliyinə kərə yağı əvəzinə marqarin satılmasına dair cinayət işinin erməni cəmiyyətində qalmaqallara səbəb olduğuna görə, istintaq gedişatı barədə açıqlama verib.
Ambartsumyan, Ermənistanda fəaliyyət göstərən iki şirkətin bu yolla müdafiə nazirliyinə 172,300kq marqarin və 14,250 kq spred tipli mal tədarük etdiyini bildirib.
"Bu mallar Ermənistan kənd təsərrüfatı nazirliyinin ərzaq təhlükəsizliyi dövlət xidməti tərəfindən maddi maraq müqabilində saxta olmaqla sertifikatlaşdırılıb. Bunun nəticəsində dövlətə 162 milyon dram ziyan vurulub, ödənilməsi istiqamətində işlər davam edir", - deyə o bildirib.
Onun sözlərinə görə, cinayət işi çərçivəsində müdafiə nazirliyinin aidiyyəti üzrə məsul şəxsi, istehsalçı şirkətlərin rəhbərləri, kənd təsərrüfatı nazirliyinin ərzaq təhlükəsizliyi dövlət xidməti müvafiq laboratoriyalarının 4 əməkdaşı cəlb edilib. Qeyd edilən 7 nəfərdən bir nəfər həbs edilsə də, qalanları həbs edilməyib.
Açıqlamaların olmasına baxmayaraq, bir çox suallar hələ də cavabsız qalıb. Bütün şəxslərin adları məlum deyil. Əldə edilən əməliyyat məlumatları əsasında Ermənistan milli təhlükəsizlik xidmətinin əməliyyat bölmələri tərəfindən 2016-2017-ci illər ərzində müdafiə nazirliyinə kərə yağı əvəzinə marqarin yağının satılması faktı aşkar edilib.
Gümrüdə rus hərbi qulluqçunun öldürülməsi, İŞİD terror təşkilatının izləri və icraçı Arman Zancuğazyanın fəaliyyətləri haqqında məlumat yayılıb. Bunun nə dərəcədə doğru olduğuna açıdlama verən Ambartsumyan, qeyd olunanların doğru olduğunu və Zancuğazyanın mobil telefonunun şifrələrinin açıldıqdan sonra, onun terror qruplaşması ilə mövcud əlaqələrinin sübut edildiyini bildirib.

Bu xəbər oxundu
- - -