Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Rusiyanın 1 trilyon dollarını mənimsəyəcək

01.02.18, 8:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Kreml hesabatı”nın yayımlanmasından sonra Rusiya cavab addımları barədə fikirləşmir.
Bunu “İnforesist” portalına açıqlamasında rusiyalı politoloq söyləyib. Onun sözlərinə görə, Moskvanı narahat edən əsas məqam amerikalıların bu siyahıda olan şəxslərin trilyonlarla dollarını mənimsəməsidir:“Rusiya siyasətçilərinin “Kreml hesabatı”na iki fərqli yanaşması var. Bu, çox ciddi siqnaldır. Dünən Rusiyada panika var idi, bu gün isə sabit durum yaranıb. Görünür, ürəyiaçıq Putin hətta MKİ ilə məxfi informasiya da bölüşməyə hazırdır. Ruslar daha çox iki arqument səsləndirdilər: Birincisi, bu siyahı yox, telefon dəftərçəsi adlandırıldı, ikinci isə bu siyahı adlandırıldı, amma sanksiya olmadığı bildirildi. Onlar yəqin diqqətlə oxumayıblar, çünki burada kiçik hərflərlə hesabatın məxfi hissəsinin olduğu bildirilib. Bir müddət əvvəl maliyyə naziri çıxış etdi və dedi ki, sənəd 100 səhifədən ibarətdir. Məxfi hissə təkcə orada yeni soyadların olmasıyla bağlı deyil, onun önəmi sənədin açıq hissəsində olan 210 nəfərin hamısı haqqında geniş maliyyə informasiyalarının yer almasıyla bağlıdır. Burada həmin şəxslərin indiki maliyyə vəziyyəti, bütün qohumlarının gəlir mənbələri, korrupsiya indeksi, müxtəlif proqramlarda iştirakı, ayrıca aktivləri, ABŞ-da yerləşən aktivləri haqqında məlumat var. Bu o deməkdir, Amerika bu şəxslər haqqında məxfi informasiya toplaya bilib və gələcəkdə onların hər birinə qarşı cinayətkar yollarla əldə olunan gəlirlərin yuyulması ilə mübarizə altında Amerika qanunvericiliyini tətbiq etmək olar”.
O, açıqlaması zamanı ABŞ İqtisadi Araşdırmalar üzrə Milli Bürosunun bir müddət öncəki hesabatına diqqət yetirib:“Büro Rusiyanın şəxsi aktivlərinin 1 trilyon dollar olduğunu bildirdi. Bu trilyon dolların sahibləri siyahıdakı 210 nəfərdir. Artıq yeni sanksiyalar gərək deyil. Bu informasiya əsasında sözügedən 210 nəfərdən hər birinə qanunvericilik tətbiq oluna bilər. Bu isə faktiki olaraq vəsaitlərin əvvəlcə dondurulması, daha sonra isə mənimsənilməsi deməkdir.
Kreml sərt heç bir cavab addımı atmayacaq, Donbasda gərginlik yaratmayacaq. Ukraynanın şərqində istənilən gərginlik onların taleyini pisləşdirəcək. Yəni əgər sabah gərginlik olsa, mənim az öncə qeyd etdiyim dondurulma prosesi başlayacaq. Ona görə Putin bu gün daha yaxşı xasiyyətdə idi. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker isə dünən gözlənilmədən konfliktin həllində konstruktivizmin müşahidə edildiyini, Surkovun onunla bütün Luqanşina ərazisində sülhməramlılığı müzakirə etməyə hazır olduğunu bildirdi. Moskva hazırda gərginlik haqqında yox, potensial sanksiyalardan yaxasını qurtarıb, 1 trilyon dolları xilas etmək barədə düşünür”.

Bu xəbər oxundu
- - -