Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Zeytun budağı“ ilə vurulanların arasında ASALA da var

01.02.18, 8:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” antiterror əməliyyatları uğurla davam edir. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi əməliyyatlar zamanı indiyədək 712 terrorçu zərərsizləşdirilib, 27 yaşayış məntəqəsi azad edilib. Türkiyə rəsmilərinin bildiydiyinə görə, əməliyyatlar Afrində terrorçular tamamilə məhv edilənədək davam edəcək.
Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar bildirib ki, “Zeytun budağı” əməliyyatı planlaşdırıldığı kimi davam edir. Əməliyyatlarda ən önəmli məsələ az itki ilə nəticə əldə etməkdir. Biz əməliyyata başlayarkən PKK-nın burada hazırlandığını bilirdik. Bölgədə İkinci Dünya Müharibəsindən sonra ən çox silah-sursatın orada olduğu gördük. Türkiyə Silahlı Qüvvələri əməliyyata başlamazdan əvvəl burada silahların olduğunu, terrorçular tərəfindən mina partlayıcıların ərazidə yerləşdiyini, keçid üçün təhlükəli sahələrin yaradıldığını, 90 sm qalınlığında sığınacaqların, dəhlizlərin formalaşdırıldığını bilirdi. Buna görə Türkiyə ordusu çox ehtiyatlı hərbi əməliyyata başladı. Hazırda ordu addım-addım təpələri ələ keçirərək irəliləyir. Türk ordusu hilal formalı əməliyyat keçirir. Yəni əməliyyatın bir ucu şimal-şərq, digər tərəfi cənub-qərb istiqamətində aparılır: “Əməliyyatda əsas məqsəd yalnız Afrin bölgəsində PKK-nın varlığına son qoymaq deyil. Türkiyənin əsl hədəfi PKK-nı bölgədə tamamilə məhv etməkdir. Bunun çətin olduğunun fərqindəyik. Çünki Türkiyə bu bölgədə yalnız PKK ilə vuruşmur, həmçinin PKK-nın arxasında dayanan beynəlxalq güclərlə mübarizə aparır. Bu əməliyyatın nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki mövcud parametrlər çox dəyişkəndir. Üç fərqli ərazi var – dağlıq ərazilər, insanların məskunlaşdığı ərazilər və nisbətən düzən ərazilər. Digər tərəfdən ərazidə durum hər an dəyişə bilər. Kənardan müdaxilə, manipulyasiya ola bilər. Ona görə də konkret tarix demək düzgün olmazdı. Türkiyə Silahlı Qüvvələri regionda bütün təhlükələri, təhdidləri məhv etməklə ehtiyatlı əməliyyat keçirir. Bu səbəbdən vaxt təyin etmək yalnışdır”.
Ekspert onu da bildirib ki, mübarizə təkcə PKK ilə deyil, bu terror təşkilatını dəstəkləyən şər güclərə qarşı aparılır. Biz bunun fərqindəyik. ASALA terror təşkilatı ilə mübarizə bitməmiş PKK başladı. Biz əslində PKK ilə ASALA arasında əlaqələrin olduğunu bilirdik. Bu əlaqələrin Qarabağda da özünü göstərdiyindən xəbərdarıq. Suriya və İraqda PKK-ASALA iş birliyi mövcuddur. Sonda həm Türkiyənin, həm də Azərbaycanın hədəfə alındığını aydın görmək olar.

Bu xəbər oxundu
- - -