Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Jurnalistlər üçün yeni müsabiqə

01.02.18, 13:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar milli kinonun tarixi, bu günü, gələcək inkişaf perspektivləri və gənc kinematoqrafçıların fəaliyyəti haqqında analitik yazılar, eləcə də yeni filmlərə resenziyalar yazan jurnalistlərin yaradıcı əməyini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin mövzusu

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri”


Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.


Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

5.2 Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə
2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2.İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
3.Şəxsiyyət vəsiqəsinin surəti,
4.Şəxsi VÖEN-nin surəti,
5.Şəxsi bank rekvizitləri (Şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması bank tərəfindən təsdiqlənməlidir).
Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 02 fevral 2018-ci il tarixdə başlayır, 1 iyun 2018-ci il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün isə üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

I yer - 1000 manat;
II yer - 800 manat;
III yer - 600 manat.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 AZN) və əlavə olaraq müsabiqədə fərqlənən 10 müəllifə isə hədiyyələr veriləcək.
Qaliblər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Bu xəbər oxundu
- - -