Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

10 minədək Suriya müxalifətçisi səfərbər edilib

02.02.18, 11:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, Türkiyə qoşunlarının və onların müttəfiqlərinin qonşu ərazidə kürdlərlə döyüşləri davam etdirdiyi bir vaxtda Suriya hökumət qoşunları müxalifətin nəzarətində olan ərazinin içərisi ilə irəliləyir. Hazırda Əsəd qüvvələri və onların müttəfiqləri müxalifətin son istehkamı olan İdlib əyalətindəki Saraqeb məntəqəsinin 20 kilometrliyinə çatıblar. Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, Suriya qüvvələri ölkənin iki böyük şəhərini - Dəməşq və Hələbi birləşdirən magistral yola yaxınlaşmaqda davam edir.
Suriya hərbiyyəsi ötən ay hərbi-hava qüvvələrinin dəstəyi ilə İdlib əyalətindəki bir sıra məntəqələri ələ keçirərək Saraqebin 30 kilomterliyində yerləşən Abu Zühur hərbi hava bazasınna yaxınlaşıb. Bu strateji ərazi əl-Qaedaya bağlı qiyamçıların nəzarətindədir. Media fəallarından Əbdülqəni Dabaan bildirir ki, bu ərazilərin aramsız bombardmanı baş verir. Qiyamçı qüvvələrin təyyarələrə qarşı işlətmək üçün döyüş vasitələri məhduddur.
Bu arada Türkiyə Suriyanın şimalında kürdlərə qarşı döyüşlər üçün 10 minədək Suriya müxalifətçisini səfərbər edib. Türkiyənin "Zeytun budağı" adlandırdığı bu hücum əməliyyatı, kürdləri öz müttəfiqi sayan ABŞ və Fransa tərəfindən tənqid edilir. Ankara Fransa prezidenti Emmanuel Makronun Suriya ərazisini işğal etməmək çağırışından hiddətlənib. Türkiyənin xarici işlər naziri Mevlit Çavuşoğlu Makronun bəyanatını "təhqir" adlandırıb. O işarə edib ki, keçmişdə Əlcəzair və Afrikadakı başqa ərazilərə müdaxilələr etmiş Fransa Türkiyəyə "dərs deməməlidir". Çavuşoğlu deyib ki, Fransa Türkiyənin "terrorçularla" döyüşdüyünü və Afrinə müdaxiləni məqsəd qoymadığını yaxşı bilir.
BMT-nin humanitar məsələlər üzrə müşaviri Jan Egelandın verdiyi məlumata görə, Türkiyə qoşunları ilə ona müttəfiq Suriya müxalifəti 15 min mülki kürdü Afrinə sığınmağa məcbur edib. Bu da xəbər verilir ki, ABŞ tərəfindən dəstəklənən qüvvələr, o cümlədəm YPG ötən oktyabrda Raqqanı İŞİD-dən geri aldıqdan sonra bu bölgədə basdırılmış mina tələlərində hər həftə 50-dək insan həyatını itirir. O həm də əlavə edib ki, Suriyada 2015-ci ildən bəri mühasirədə olan yerlərin sayı ən aşağı həddinə çatıb. Suriya müxalifətinin Ali Danışıqlar Komitəsi Rusiyanın Suriyanın yeni konstitusiyasının tərtibi təşəbbüsünü qəbul etdiyini bəyan edib. Amma qrup bildirir ki, bu prosesə BMT nəzarət etməlidir. Ali Danışıqlar Komitəsi bildirib ki, istənilən konstitusiya komitəsi BMT tərəfindən yaradılmalı və bu quruma müxalifət də daxil olmalıdır.

Bu xəbər oxundu
- - -