Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il 2300 km uzunluğunda avtomobil yolları çəkiləcək

02.02.18, 13:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan iclas keçirilib. Agentlikdən verilən məlumata görə, iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. S.Məmmədov yol infrastrukturunun yenidən qurulmasını regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan infrastruktur layihələri sırasında xüsusi olaraq qeyd olunduğunu və prezident İlham Əliyevin regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı keçirdiyi bütün konfranslarda çıxışı zamanı bunun əhəmiyyətini xüsusi olaraq vurğuladığını qeyd edib.
İdarə Heyətinin sədri ölkə başçısının konfransdakı çıxışında son 14 il ərzində 12 min 300 kilometr yol çəkildiyini, bu il bu rəqəmin təqribən 15 min kilometrə çatacağını, bu çərçivədə bu il 2 300 kilometr uzunluğunda avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yollarının çəkiləcəyini qeyd etdiyini xatırladıb: "Təbii ki, bütün bunlar avtomobil yolları işçiləri qarşısında əlavə məsuliyyət, işini daha mükəmməl və peşəkarlıqla yerinə yetirməsi deməkdir".
S.Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən, artıq respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda genişmiqyaslı yenidənqurma işlərinə start verildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasın sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin S.Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn məsələlərlə bağlı müvafiq idarə və şöbələrin rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verib.

Bu xəbər oxundu
- - -