Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Qarabağ münaqişəsinin həllində yenilik varmı?

05.02.18, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Dağlıq Qarabağla bağlı danışılqar prosesi dalana dirənib. Bunu Prezident İlham Əliyev müşavirədə çıxışında da söylədi. Düzdür, xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərdən kreativ təkliflərin olduğunu söyləsə də, bunun nədən ibarət olduğu hələ də açıqlanmır”. Bu fikirləri politoloq Qabil Hüseynli bildirib.
Ermənistan cəmiyyətinin siyasi dəyişikliklərə kökləndiyini deyən politoloq söyləyib ki, hazırda Sarkisyanı danışıqlar prosesi maraqlandırmır.
Politoloq söyləyib ki, belə bir çətin şəraitdə həmsədrlər yalnız bir təklif irəli sürürlər ki, bu da təmas xəttində müşahidəçilərin sayının artırılmasıdır: “Müşahidəçilərin sayının artırılması, Azərbaycanın maraqlarına ziddir. Çünki, bu, status-kvonun qorunub saxlanmasına, Ermənistanın danışıqlara olan marağının daha da azalmasına xidmət edir. Bu nöqteyi-nəzərdən Azərbaycan müşahidəçilərin sayının artırılmasına razı olsa belə, bütövlükdə bu prosesinn bu gedişi ölkəmizi təmin etmir”.
Q. Hüseynli vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinin intensiv şəkildə yenidən başlanmasında maraqlıdır: “Hazırki vəziyyətdə Ermənistan kompramisə getməlidir. Əgər bu yoxdursa, danışıqlarda yenilikdən danışmaq qeyri-mümkündür”.
“Hazırda problemin həllində mərhələləli həll variantı gündəmdədir. Biz də hər zaman bunun tərəfində olmuşuq. Ermənilər də guya bunun tərəfində olduğunu nümayiş etdirirlər. Amma əslində Ermənistan münaqişənin həllində paket variantına daha çox meyllidirlər. Düşmən ölkə Dağlıq Qarabağın statusu məsələsini onların dedikləri kimi həllinə çalışır. Lakin bu, Azərbaycanın xeyrinə deyil və ölkəmiz buna gedə bilməz. Bu baxımdan hazırda mərhələli həll variantı gündəmdədir və buna alternativ nəsə söyləməyin yeri deyil. Ümumilikdə isə indiki şəraitdə danışıqlardan müsbət nəsə gözləmək mümkün deyil”- deyə, politoloq qeyd edib.
Ekspert Elşən Həsənovun fikrincə, əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bu dərəcədə mürəkkəbləşdirən, ona müxtəlif siyasi-diplomatik don geydirən və aydın olan real situasiyanı çıxmaza salmağa çalışan elə vasitəçilərin özüdür: “Çünki onlar bir təməl həqiqəti gizlədirlər: münaqişə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən qaynaqlanır. O, işğalçının zəbt etdiyi torpaqlardan çıxması (yaxud məcburən çıxarılması) yolu ilə həll oluna bilər! Əgər bundan deyil, müxtəlif gəlişigözəl və müəmmalı, dolaşıq məzmunlu, politoloji, diplomatik terminlərdən istifadə edib, süni maneələrdən danışılırsa, bu, problemin həllini uzatmaq, ona mane olmaq və Azərbaycana qarşı haqsızlıq etməkdir! Belə şəraitdə "açar" axtarmaq da baş aldatmaqdan başqa bir şey deyil!
Həm də bu münaqişənin açarı Azərbaycan xalqında, onun güclü ordusunda, ölkə rəhbərliyinin qətiyyətli siyasətindədir! Başqa yerdə deyil. Və problem zamanında Azərbaycan ordusunun Qarabağ əməliyyatı vasitəsi ilə ədalətli həllini tapacaq”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə İranın Dağlıq Qarabağ mnünaqişəsinin həlli ilə bağlı mövqeyinə toxunub. Politoloq bildirib ki, İrandakı müəyyən strukturlar Azərbaycanla əlaqəli Dağlıq Qarabağ tənzimləməsi mövzusundan tez-tez istifadə edirlər və bunu siyasiləşdiriblər. Guya Dağlıq Qarabağ tənzimlənməməsinin səbəbi ATƏT-in Minsk Qrupunun hər 3 üzvünün xristian dövləti olmasındadır. Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməli, müsəlman dövlətlərinə, o cümlədən İrana üz tutmalıdır.
Əvvəla, Azərbaycan İranın vasitəçiliyini 1992-ci ildə qəbul etdi və bu Azərbaycana hədsiz baha başa gəldi. Şuşanı itirdi. İran bundan sonra onun vasitəçiliyinin əleyhinə olan, Şuşanı işğal edən Ermənistan və onun havadarları ilə birlikdə müttəfiqlik əlaqələrini daha gücləndirdi. Müasir dövrdə də Azərbaycan İranın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyinin tərəfdarıdır və hətta bunda Azərbaycanın aktivlik nümayiş etdirdiyini də ehtimal etmək olar. Ümumilikdə Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyin tərəfdarıdır. Dağlıq Qarabağ tənzimlənməsinin ATƏT MQ-nin monopoliyasından çıxması istiqamətində xeyli səy göstərir. 2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliyanın Xİ naziri Ancelino Alfano Moskvada olarkən ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsində yeganə format olmadığını bildirdi. İtaliya dünyada xristianlığın mənşəyi olan dövlətdir. İtaliya Azərbaycanın uzun illər boyu bir nömrəli ticarət tərəfdaşıdır.
Bütün bunları nəzərə alaraq İran Xarici İşlər Nazirliyinin öz vətəndaşları arasında İranın vasitəçilik təşəbbüsünə Azərbaycanın və Ermənistanın reaksiyaları barədə izahat işi aparmalıdır. İranın dövlət quruluşu fərqlidir. İran XİN həm prezidentə, həm də ali dini rəhbərin ofisinə tabedir. İranda bəzi qurumların Dağlıq Qarabağ tənzimlənməsindəki destruktiv mövqeyi İranın prezident komandasının Azərbaycan istiqamətində apardığı işlərə kölgə sala bilər. Ona görə İran XİN-i əmr-be-mərufu nəzərə alıb yaxşının və ya pisin tərəfində olduğunu nümayiş etdirməlidir. İran XİN-nin Ermənistanla vasitəçilik missiyasını müzakirə etməsi və hər dəfə rədd cavabı alması barədə səhih məlumatımız var. İranın vasitəçilik təşəbbüsünə Ermənistanın neqativ rolunu İran XİN-nin gizlətməsini İran-Azərbaycan münasibətlərinə zərbə vurması kimi dəyərləndirilə bilər.
Yerli və xarici mediada bir müddətdir Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar, işlətdiyi ifadələr diqqət çəkməkdədir. Makron Parsidəki erməni diaspor təşkilatları ilə görüşür, Qarabağ münaqişəsinin nizamlanmasından danışır. Hətta Parisdəki erməni təşkilatlarının əlaqələndirmə şurasının iclasına qatılan Fransa prezidenti Qarabağa səfər edəcəyini də bildirir. Düzdür Makron Qarabağa səfəri ilə bağlı fikirlərini bir qədər ehtiyyatla, diplomatik tərzdə səsləndirib. Deyib ki, ancaq münaqişə tam tənzimlənəndən sonra Qarabağa gedə bilər.
İlk baxışdan Makronun Dağlıq Qarabağa münaqişənin ədalətli həllinin ardından, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra getmək istəməsində qeyri-adi heç nə yoxdu. Üstəlik Azərbaycan rəsmiləri Fransa prezidentini öz ərazisində - Qarabağda görməkdən məmnunluq duyar. Hər bir halda Fransa münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupunun həmsədr ölkərindən biridir.
Lakin bu gün azərbaycanlıları narahat edən əsas məqam cənab Emmanuelin məhz ermənilərlə görüşündə Qarabağa səfərindən danışmasıdır. Tərəfsiz bir ölkənin rəhbəri kimi Makron Fransadakı Azərbaycan nümayəndə heyyəti ilə də bir araya gələ bilərdi və Qarabağ torpağının əsl sahiblərinə gələcəkdə öz səfəri ilə bağlı məlumat vermiş olardı. Görünür Makron da əvvəlki sələflərindən heç nəyi ilə fərqlənmir. Parisin yüksək çinli məmurlarının illərdir erməni sevdası və ya varlı ermənilərin təziyiqi ilə Dağlıq Qarabağ münaqişəsinə kor prizmasından yanaşması sadəcə təssüf doğurur.
Bu gün Fransa görüntü üçün kompromis tərəftarı olduğunu bildirsə də reallıqda Paris heç də ədalətli mövqey sərgiləmir. Bundan əlavə Fransanın baş diplomatı da ststus-kvonun problemin həlli olmadığını anlayır. Lakin işğalçı Ermənistana beynalxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Qarabağdan "çəkil" sözü deyilmir. Əvəzində Parisdən “Münaqişə tərflərini dinləmək yolu davam etdiriləcək” kimi ikrah doğuran açıqlamalar gəlir. Fransa sanki işğalçı Ermənistana vaxt udmaq üçün əlavə dvidentlər qazandırır.
Xülasə Emmanuel Makron haçansa Qarabağa gedəcəksə bu Bakıdan keçəcək. İstəsə də, isətməsə də Fransa prezidentinin Qarabağa başqa yolu yoxdur. Biz də qonaqpərvər ölkə kimi Makronu Bakıda necə qarşılayarıqsa Şuşada da o cür qəbul edərik.
Ermənistanda isə ordunun yaranmasının ildönümünün bayram edilməsi ilə bağlı mübahisələr meydana gəlib.
Bəzi erməni siyasətçilər ümumiyyətlə, ordu bayramından imtina edilməsi fikri ilə çıxış edirlər. Onların fikrincə, Ermənistan hakimiyyəti vətəndaşların azadlığını boğmaq üçün təhlükəsizlik məsələsini əsas mexanizmə çevirib.
Məşhur erməni politoloq Manvel Sarkisyan qeyd edir ki, hazırda ən genişmiqyaslı manipulyasiyalar ordu üzərindən aparılır: “Rejim “millət-ordu-kilsə” tezisindən çıxış edərək, vətəndaşların azadlığını boğur. Əgər kimsə azad şəkildə etiraz edirsə, bu, “ölkənin müdafiə qabiliyyətinin dağıdılması” olaraq dəyərləndirilir və “ictimai qınaq” mexanizmi önə çıxır. Lakin rejim bunu həyata keçirsə də əsl məqsədinin nə olduğunu gizlədə bilmir. Ermənistanda kriminal-oliqarxiya siyasi sisteminin yarandığı, korrupsiya sxemləri vasitəsilə ordudan yayınan xüsusi kastanın formalaşdığı və orduda yalnız kasıbların xidmət etdiyi aksiomaya çevrilib”.
M.Sarkisyan ölkədə dərin etibarsızlığın kök saldığına diqqət çəkir.
“Millət-ordu” strategiyası çərçivəsində xüsusi kastaya yanaşmanı qanuniləşdirmək niyyətləri də aydn görünür. Aydındır ki, belə yanaşma heç vaxt cəmiyyəti və ordunu birləşdirə bilməz. Əksinə, rejim korrupsiyanın yeni sferalarını yaradır və haqsızlıq dərəcəsini gücləndirir. Bu isə ordu və təhlükəsizlik məsələsinə vətəndaşların neqativ münasibətini yaradır. Yəni ordu xalqın doğma övladı olmur, əksinə, onların gözündə hər şeyi yeyən bədheybətə çevrilir”, - deyə o bildirib.
Erməni politoloq “aprel müharibəsi”ni yada salır və deyir ki, “bu, müharibə Ermənistan ordusundakı vəziyyəti və rejimin ordu üzərindən varlandığını açıq şəkildə göstərdi”.
Cavid

Bu xəbər oxundu
- - -